Zelenskinin elan etdiyi “sükut rejimi” başlayıb
Ukraynanın elan etdiyi “sükut rejimi” qüvvəyə minib Mayın 4-də Rusiya Müdafiə Nazirliyi Rusiya prezidenti Vladimir Putinin qərarı ilə Qələbə Günü şərəfinə 8 və 9 May tarixlərində Ukrayna ilə “atəşkəş” elan edildiyini açıqlayıb. Departamentdən bildirilib ki, Moskva Ukrayna tərəfinin bu nümunəyə əməl

Ukraynanın elan etdiyi “sükut rejimi” qüvvəyə minib Mayın 4-də Rusiya Müdafiə Nazirliyi Rusiya prezidenti Vladimir Putinin qərarı ilə Qələbə Günü şərəfinə 8 və 9 May tarixlərində Ukrayna ilə “atəşkəş” elan edildiyini açıqlayıb. Departamentdən bildirilib ki, Moskva Ukrayna tərəfinin bu nümunəyə əməl edəcəyini gözləyir. Rusiya Müdafiə Nazirliyi əks halda Rusiya silahlı qüvvələrinin “Kiyevin mərkəzinə cavab xarakterli, kütləvi raket zərbəsi” endiriləcəyini bildirib Buna cavab olaraq Zelenski bildirib ki, Rusiya da eyni şeyi etsə, Ukrayna daha tez, mayın 6-da gecə yarısından etibarən atəşi dayandırmağa hazırdır. Mayın 5-də Ukrayna Prezident Aparatının rəhbəri Kirill Budanov Kiyevin Rusiya da zərbələrdən imtina edəcəyi təqdirdə daha da susqunluq rejimini saxlamağa hazır olduğunu təsdiqləyib


