Sumqayıt bulvarında yeni tikinti üçün ağaclar kəsilibmi? - FOTO
Sumqayıtda yüzlərlə ağacın bitdiyi bulvarın ərazisində tikinti işlərinə başlanılıb. Yaşıllıq ərazisi hasarla əhatə olunub; burada bitən ağacların obyektin tikintisi üçün ərazini təmizləmək məqsədilə kəsildiyi iddia edilir. Şəhər sakinləri sosial şəbəkələrdə iş yerində ağır texnikanı əks etdirən foto

Sumqayıtda yüzlərlə ağacın bitdiyi bulvarın ərazisində tikinti işlərinə başlanılıb. Yaşıllıq ərazisi hasarla əhatə olunub; burada bitən ağacların obyektin tikintisi üçün ərazini təmizləmək məqsədilə kəsildiyi iddia edilir. Şəhər sakinləri sosial şəbəkələrdə iş yerində ağır texnikanı əks etdirən fotoşəkillər yayıblar Vətəndaşlar qeyd edir ki, son bir neçə ildə Sumqayıtda çoxlu yaşayış binaları, obyektlər tikilib. Şəhərdə boş torpaqların sayı azalır, yeni mülklərin sayı, xüsusən də yaşıllıq ərazilərində ilbəil artır. Sakinlər iddia edirlər ki, hazırda hasara alınmış ərazi əvvəllər heç vaxt boş olmayıb və vaxtilə sıx ağac əkilib Sumqayıt şəhər İcra Hakimiyyətindən haqqin.az-a bildirilib ki, tikinti üçün heç bir ağac kəsilməyib. İdarədən bildirilib ki, tikinti işləri təsdiq edilmiş baş plana uyğun aparılır. Layihələr dövlət qurumları tərəfindən təsdiqlənib. Lakin bulvarın ərazisində, yaşıllıqlar arasında konkret nəyin salınması sualı cavabsız qalıb

