İssık-Kulda qol güləşi üzrə Asiya çempionatı start götürüb
İyunun 8-də İssık-Kul rayonunun Korumdu kurort kəndində böyüklər və yeniyetmələr arasında qol güləşi üzrə 24-cü Asiya çempionatı, həmçinin paraarmrestlinq üzrə 23-cü Asiya çempionatı start götürüb Açılış mərasimində Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Ulan Mamatkanov və Bədən Tərbiyəsi v

İyunun 8-də İssık-Kul rayonunun Korumdu kurort kəndində böyüklər və yeniyetmələr arasında qol güləşi üzrə 24-cü Asiya çempionatı, həmçinin paraarmrestlinq üzrə 23-cü Asiya çempionatı start götürüb Açılış mərasimində Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Ulan Mamatkanov və Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Agentliyinin direktoru Urmat Asanbayev iştirak ediblər Urmat Asanbayev çıxışında qol güləşi üzrə Asiya çempionatının Qırğızıstanda keçirilməsinin ölkə üçün böyük şərəf olduğunu qeyd edib. O, yarışın idmançıların hüdudsuz imkanlarını bir daha nümayiş etdirən mühüm platforma rolunu oynadığını vurğulayıb. O, həmçinin bütün iştirakçılara uğurlar arzulayıb və qeyd edib ki, belə beynəlxalq turnirlər idman vasitəsilə dostluq, qarşılıqlı anlaşma və birliyin möhkəmlənməsinə xidmət edir Çempionatda 20 Asiya ölkəsindən idmançılar iştirak edir. Müsabiqə iyunun 14-dək davam edəcək


