Dünya çempionatında İngiltərə yığmasından demək olar ki, mümkün olan hər şey oğurlandı
İngiltərə mətbuatı xəbər verir ki, ABŞ-da İngiltərə milli komandasının oyunçularının Kanzas-Sitidəki məşq bazasına getdikləri furqondan butsları oğurlanıb Mənbənin sözlərinə görə, futbol topları və məşq ləvazimatları da Floridadan Kanzas Sitiyə aparılarkən oğurlanıb. Oğurlanan əşyalar arasında ana

İngiltərə mətbuatı xəbər verir ki, ABŞ-da İngiltərə milli komandasının oyunçularının Kanzas-Sitidəki məşq bazasına getdikləri furqondan butsları oğurlanıb Mənbənin sözlərinə görə, futbol topları və məşq ləvazimatları da Floridadan Kanzas Sitiyə aparılarkən oğurlanıb. Oğurlanan əşyalar arasında analitik avadanlıqlar, baş məşqçi Tomas Tuçelin lövhələri və masaj masaları da olub İki şübhəlinin polis nəzarətində olduğu bildirilir İngiltərə yığması Dünya Kuboku öncəsi Floridada təlim-məşq toplanışı keçirib və burada Yeni Zelandiya, Kosta-Rika və yerli “Mayami Yunayted” klubunu məğlub edib Lakin komanda şənbə günü səhər öz komanda otelinə gəldiyi və günortadan sonra məşqə başlaması planlaşdırıldığı üçün əşyaları əvvəlcədən göndərilib İngiltərə yığması dünya çempionatının qrup mərhələsinin ilk oyununu iyunun 17-də Xorvatiya millisinə qarşı keçirəcək


