Ankarada təyyarənin göyərtəsində yanğın baş verib
Ankaranın Esenboğa Beynəlxalq Hava Limanında daxili reyslə uçan sərnişin təyyarəsinin göyərtəsində yanğın baş verib Day.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisəyə səbəb sərnişinlərdən birinin portativ akkumulyatoru olub Təcili yardım xidmətlərinin məlumatına görə, Pegasus təyyarəsi

Ankaranın Esenboğa Beynəlxalq Hava Limanında daxili reyslə uçan sərnişin təyyarəsinin göyərtəsində yanğın baş verib Day.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisəyə səbəb sərnişinlərdən birinin portativ akkumulyatoru olub Təcili yardım xidmətlərinin məlumatına görə, Pegasus təyyarəsi uçuş-enmə zolağına doğru hərəkət edərkən cihaz tüstülənməyə başlayıb. Bundan sonra pilot hadisə barədə aeroport dispetçerlərinə məlumat verib Ankara-İzmir reysi ilə uçan sərnişinlər təyyarədən təxliyə edilib. Yanğının qarşısı qısa zamanda alınıb, itki yoxdur Bundan əvvəl Türkiyənin Mülki Aviasiya Baş İdarəsi uçuş təhlükəsizliyinə potensial risklər səbəbindən təyyarənin göyərtəsində portativ cihazların doldurulmasını qadağan etmişdi Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


