Barskoon-Bedel avtomobil yolunda 2 tunel və estakada körpüsü tikilir
Barskoon-Bedel avtomobil yolunun bütün uzunluğunda (təxminən 161 km) geodeziya və mühəndis-geoloji tədqiqatlar tam başa çatdırılmış, layihə sənədləri hazırlanmışdır. Bu barədə Qırğızıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb Hazırda tunellərin tikintisi üzrə işlər davam etdirilir. Sook və Aşuu-Suu t

Barskoon-Bedel avtomobil yolunun bütün uzunluğunda (təxminən 161 km) geodeziya və mühəndis-geoloji tədqiqatlar tam başa çatdırılmış, layihə sənədləri hazırlanmışdır. Bu barədə Qırğızıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb Hazırda tunellərin tikintisi üzrə işlər davam etdirilir. Sook və Aşuu-Suu tunellərində mədən işləri aparılır. Bundan əlavə, körpü konstruksiyalarının tikintisi üçün svaydama işləri aparılır Tikinti zamanı Karasay çayı üzərindən 60 metr uzunluğunda müvəqqəti körpü tikilərək istifadəyə verilib. Bu obyekt tikinti işlərinin və yerli əhalinin gediş-gəlişinin sadələşdirilməsinə kömək etdi Layihə avtomobil yolunun, 50-dən çox körpünün, iki tunelin, eləcə də digər mühafizə infrastrukturunun tikintisini nəzərdə tutur. Obyektdə 1100-dən çox işçi çalışır; yaxın gələcəkdə onların sayının 1500-2500 nəfərə çatdırılması planlaşdırılır Artıq əsas tikinti texnikası gətirilib, əlavə avadanlıqların gətirilməsi davam edir. Beton zavodları, sarsıdıcı komplekslər və müvəqqəti istehsalat bazaları da istifadəyə verilmişdir Ümumilikdə layihə təsdiq olunmuş qrafikə uyğun həyata keçirilir Əsas tikinti işlərinin 2029-cu ildə tamamlanması, obyektin istismara verilməsi isə 2030-cu ilə planlaşdırılır


