“Ən vacib məqamlardan biri örüş və əkin sahələrinin yaxşılaşdırılmasıdır” - İqtisadçı
"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı" regionlarda məşğulluğu artıracaq” Bunu iqtisadçı ekspert Cəfər İbrahimli bunu 525.az-a bildirib. Ekspertin dediyinə görə, ən

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı" regionlarda məşğulluğu artıracaq” Bunu iqtisadçı ekspert Cəfər İbrahimli bunu 525.az-a bildirib. Ekspertin dediyinə görə, ən vacib məqamlardan biri bitkiçilik sahəsi üzrə məşğulluğun artırılması, digəri isə örüş və əkin sahələrinin yaxşılaşdırılmasıdır: “Ölkədə mövcud əkin sahələrimiz azdır. Hər regionun iqliminə uyğun əkilən bitkilərin məhsuldarlığının artırılması, səmərəli bitkilərin əlavə dəyərinin yaradılması əsas istiqamətlərdəndir. Bunu həmçinin taxılçılıqda və pambıqçılıqda tətbiq etmək mümkündür. Heyvandarlıq məsələsinə gəldikdə isə südçülük və ətçilik sahəsi üzrə də geniş imkanlarımız var. Potensialı daha da genişləndirməli, mövcud situasiyanı inkişaf etdirməliyik. Emal sənayesinin inkişafı məhsulların satış dinamikasına da köməklik göstərəcək. Məsələn, pambıq itkiyə gedir. Emal sənayesi inkişaf etdikdə bunun da qarşısını ala biləcəyik. Təbii ki, bunlar Dövlət Proqramında qəbul olunub və qeyd olunan sahələrə öz töhfəsini verəcək"
Diğer Haberler

Bişkek meriyası yanacaqdoldurma məntəqələrini şəhər hüdudlarından kənara çıxarmağı planlaşdırır. Avtomobil sahibləri nə düşünür?

Qırğızıstan və Özbəkistan Tacikistandan gələn böyük narkotik alveri şəbəkəsini ləğv ediblər
