Tenqri
Ana Səhifə
Dünya

Ən təhlükəli karbohidrat mənbələri müəyyən edildi

Genişmiqyaslı araşdırma göstərib ki, ikinci tip şəkərli diabet riskinin artması əsasən kartof fri ilə bağlıdır, lakin qaynadılmış, bişirilmiş və ya püre halında hazırlanan kartofda bu cür əlaqə müşahidə olunmayıb Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "The BMJ" jurnalında dərc edilib Kar

0 baxışpublika.az
Ən təhlükəli karbohidrat mənbələri müəyyən edildi
Paylaş:

Genişmiqyaslı araşdırma göstərib ki, ikinci tip şəkərli diabet riskinin artması əsasən kartof fri ilə bağlıdır, lakin qaynadılmış, bişirilmiş və ya püre halında hazırlanan kartofda bu cür əlaqə müşahidə olunmayıb Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "The BMJ" jurnalında dərc edilib Kartofun tərkibində lif, C vitamini, maqnezium və digər faydalı maddələr var. Lakin yüksək nişasta tərkibi və yüksək qlikemik indeksi səbəbindən o, tez-tez diabet riski ilə əlaqələndirilir. Yeni araşdırmanın müəllifləri bu riskin kartofun hazırlanma üsulundan və rasionda hansı qidalarla əvəz edilməsindən asılı olub-olmadığını öyrənməyə qərar veriblər Alimlər üç uzunmüddətli tədqiqatda iştirak edən 205 mindən çox amerikalı tibb işçisinin məlumatlarını təhlil ediblər. Müşahidələr 1984-cü ildən 2021-ci ilə qədər, yəni təxminən 40 il davam edib və bu müddətdə 22 299 iştirakçıda ikinci tip şəkərli diabet diaqnozu qoyulub. Həyat tərzi və digər amillər nəzərə alındıqdan sonra tədqiqatçılar müəyyən ediblər ki, həftədə hər üç porsiya kartof istehlakı diabet riskini təxminən 5% artırır Bununla belə, ən güclü əlaqə kartof fri ilə müşahidə olunub. Həftədə üç porsiya kartof fri yemək diabet riskinin 20% artması ilə əlaqələndirilib. Eyni miqdarda qaynadılmış, bişirilmiş və ya püre halında kartof istehlakı isə xəstəlik riskinin statistik əhəmiyyətli dərəcədə artması ilə bağlı olmayıb Tədqiqatçılar kartofu digər karbohidrat mənbələri ilə əvəz etməyin nəticələrini də qiymətləndiriblər. Ən əlverişli variant tam taxıllı məhsullar olub. Həftəlik üç porsiya kartofu tam taxıllı qidalarla əvəz etmək diabet riskinin 8% azalması ilə bağlıdır. Əgər kartof fri tam taxıllarla əvəz edilərsə, bu göstərici 19%-ə qədər yüksəlir. Ağ düyü ilə əvəzləmə isə tamamilə fərqli nəticə verib: bu halda diabet riski, əksinə, artıb Alimlərin fikrincə, diabetin qarşısının alınmasında vacib olan kartofdan tamamilə imtina etmək deyil, daha çox kartof fri istehlakını məhdudlaşdırmaq və rasionda tam taxıllı qidaların payını artırmaqdır Ürəyinizin sağlamlığı üçün bu meyvəni səhər yeməyinə əlavə edin - Həkim tövsiyəsi Bir saatda 1 litrdən çox su içməyin: Ölümə aparan təhlükə Rusiya bu ölümcül virusun peyvəndini hazırladı 40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq Dondurmanın inanılmaz faydaları varmış, amma Naringi yeyərkən yol verdiyimiz böyük səhv - Mütəxəssis açıqladı Ürəyinizin sağlamlığı üçün bu meyvəni səhər yeməyinə əlavə edin - Həkim tövsiyəsi Məşhur aktyor sevgilisinin oğlu tərəfindən qətlə yetirildi - FOTO Robot fırlanaraq uşağa zərbə endirdi - ANBAAN VİDEO Şəxsi əşyaları hərracda fantastik qiymətə satıldı - FOTO Yaponiya sahillərində sirli bir məxluq tapıldı Kral İdrisi də "cəngavər" elan etdi Di Kaprionun sevgilisi jurnal üçün çılpaq pozalar verdi - FOTO Zelenski Putinə açıq məktub yazdı

Kaynak: publika.az

Diğer Haberler