Tenqri
Ana Səhifə
Dünya

Ən çox hərbi xərcləri olan ölkələr - SİYAHI

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2025-ci il üçün qlobal hərbi xərclər haqqında hesabatını açıqlayıb Publika.az xəbər verir ki, hesabata əsasən, davam edən müharibələr və artan geosiyasi qeyri-müəyyənliklər səbəbindən qlobal hərbi xərclər ötən il 2,9 faiz artaraq 2,887 trilyo

0 baxışpublika.az
Ən çox hərbi xərcləri olan ölkələr - SİYAHI
Paylaş:

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2025-ci il üçün qlobal hərbi xərclər haqqında hesabatını açıqlayıb Publika.az xəbər verir ki, hesabata əsasən, davam edən müharibələr və artan geosiyasi qeyri-müəyyənliklər səbəbindən qlobal hərbi xərclər ötən il 2,9 faiz artaraq 2,887 trilyon dollara çatıb Bildirilib ki, ötən il hərbi xərclərə ən çox vəsait ayıran beş ölkə ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan olub. Belə ki, 5 ölkənin xərci qlobal hərbi xərclərin 58 faizini təşkil edib Hesabata əsasən, siyahıda birinci olan ABŞ-ın xərcləri 2025-ci ildə 7,5 faiz azalaraq 954 milyard dollara düşüb. Bunun əsas səbəbi prezident Donald Trampın administrasiyası dövründə Ukraynaya yeni hərbi yardım paketlərinin təsdiqlənməməsidir ABŞ-dan sonra dünyada ikinci yerdə Çindir. Çinin hərbi xərcləri 2025-ci ildə illik 7,4 faiz artımla 336 milyard dollara çatıb. Üçüncü yerdə olan Rusiyanın hərbi xərcləri ötən il 5,9 faiz artaraq 190 milyard dollar olub Siyahıda dördüncü yerdə isə Almaniyadır. Bu ölkənin ötən il hərbi xərclərinin 24 faiz artaraq 114 milyard dollara çatdığı bildirilib. Siyahıda beşinci olan Hindistan ötən il hərbi xərclərini 8,9 faiz artıraraq 92,1 milyard dollara çatdırıb Hesabatda Türkiyənin hərbi xərclərinin ötən il əvvəlki ilə nisbətən 7,2 faiz artaraq 30 milyard dollara çatdığı bildirilib Həmçinin Avropanın hərbi xərclərinin 2025-ci ildə 864 milyard dollara çatdığı, əvvəlki ilə nisbətən 14 faiz artım olduğu və son 10 ildə region üzrə xərclərin 102 faiz artdığı vurğulanıb Hesabatda Asiya və Okeaniya bölgəsində də hərbi xərclərin 2025-ci ildə 8,1 faiz artaraq 681 milyard dollara çatdığı qeyd olunub Trampa sui-qəsd planının təfərrüatı: Məxfi xidmət harada səhv etdi? - İranla bağlı şok detal İldırım bir gündə 14 nəfərin həyatına son qoydu “Hizbullah” liderindən bu ölkəyə çağırış: İsrail ilə danışıqlara son qoyun Yanacağın qiyməti artdı, məntəqələr bağlandı - İran müharibəsi Ermənistanı “vurdu” Finlandiyada Ukrayna siyasətinə etiraz: Bu, milli fəlakətə aparır Putin keçmiş baş nazirin nəvəsini vəzifəsindən azad etdi - FOTO Benzin və dizellə bağlı qərar: 200 manatdan 1 manata endirildi Qlobal bazarda təşviş: Ehtiyatlar kəskin azalır, qiymətlər artır Qəbələdə İlham Əliyevin adından Andrey Babişin şərəfinə rəsmi lanç verildi Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək Makronun Türkiyəyə qarşı ittifaqı Yunanıstanı silkələdi: Ölkə müharibəyə sürüklənir "Neftçi" azarkeşlərinin Qurban Qurbanova qarşı nalayiq davranışına Musadan reaksiya May ayının istirahət günləri açıqlandı

Kaynak: publika.az

Diğer Haberler