Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib
Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri seçilib "Report" xəbər verir ki, bununla bağlı MSK-nın bugünkü iclasında müvafiq qərar müzakirə edilib İclasda Məzahir Pənahovun komissiyanın sədri seçilməsi barədə qərar səsverməyə qoyularaq, MSK üzvləri tərəfindən qəbul edilib Məz

Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri seçilib "Report" xəbər verir ki, bununla bağlı MSK-nın bugünkü iclasında müvafiq qərar müzakirə edilib İclasda Məzahir Pənahovun komissiyanın sədri seçilməsi barədə qərar səsverməyə qoyularaq, MSK üzvləri tərəfindən qəbul edilib Məzahir Pənahov etimada görə təşəkkürünü ifadə edib: "Nəzərə almaq lazımdır ki, bizim tələblərimiz öz yerində, amma yəqin ki, bir az da ciddiləşəcək. Çünki dünya siyasətinə əsasən, ölkə nə qədər güclü siyasət yürüdürsə, onu istəməyənlər də çoxalır. Bunu nəzərə alaraq işimizi qurmalıyıq" MSK sədri qeyd edib ki, ümumilikdə bizim 30 mindən artıq seçki strukturumuz - komissiyalarımız var: "Onların öz fəaliyyətini lazımi səviyyədə qura bilməsi üçün müxtəlif vacib məqamlar var. Bizə bütün şərait yaradılıb. Bunu məmnuniyyətlə qeyd edə bilərik" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

