Əməyin mühafizəsinə dair sertifikatlar təhsil işçilərinə təqdim olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əməyin mühafizəsi üzrə maarifləndirmə təlimlərini uğurla başa vuran təhsil işçilərinə sertifikatlar təqdim olunub. Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən keçirilən tə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əməyin mühafizəsi üzrə maarifləndirmə təlimlərini uğurla başa vuran təhsil işçilərinə sertifikatlar təqdim olunub. Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən keçirilən təlimlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 73 əməkdaşı iştirak edib Bu barədə AZƏRTAC-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib Bildirilib ki, təlimlərdə iştirakçılara əməyin mühafizəsi üzrə təhlükəsizlik qaydaları, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılması, “Vision Zero” yanaşması, eləcə də AZS ISO 45003 standartının əsas tələbləri barədə məlumatlar verilib Təlimlərin yekununda iştirakçıların bilikləri müəyyən edilmiş suallar əsasında yoxlanılıb. Nəticələr Əməyin Mühafizəsi Mərkəzinin təlim reqlamentinə uyğun qiymətləndirilib və təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


