Müxalifət Paşinyanı hakimiyəti ələ keçirməkdə ittiham edir
Ermənistanda parlament seçkilərində iştirak edən müxalif siyasi qüvvələr Baş nazir Nikol Paşinyanı Mərkəzi Seçki Komissiyasının rəsmi nəticələri açıqlamasından əvvəl qələbə elan etməkdə və seçki prosesinə müdaxilədə ittiham ediblər Modern.az xəbər verir ki, müxalifət nümayəndələri Paşinyanın rəhbər

Ermənistanda parlament seçkilərində iştirak edən müxalif siyasi qüvvələr Baş nazir Nikol Paşinyanı Mərkəzi Seçki Komissiyasının rəsmi nəticələri açıqlamasından əvvəl qələbə elan etməkdə və seçki prosesinə müdaxilədə ittiham ediblər Modern.az xəbər verir ki, müxalifət nümayəndələri Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsi ilə bağlı bəyanatlarını seçki komissiyasına təzyiq və hakimiyyətin mənimsənilməsi cəhdi kimi qiymətləndiriblər “Güclü Ermənistan” blokunun baş nazir postuna namizədi Samvel Karapetyan seçkiləri “rüsvayçı” adlandırıb. Onun sözlərinə görə, hakim partiyanın nəticələrinin zəifləməsi səbəbindən səslərin hesablanması prosesi dayandırılıb “Birliyin qanadları” Partiyasının lideri Arman Tatoyan isə Paşinyanın “Vətəndaş Müqaviləsi”nin qələbəsi ilə bağlı açıqlamasının Konstitusiyaya zidd olduğunu və onun səlahiyyət həddini aşdığını bildirib “Ermənistan” blokundan verilən açıqlamada isə qeyd olunub ki, baş nazirin siyasi qiymətləndirmələri səslərin hesablanması başa çatmamış səsləndirilib və bu addım hakimiyyətin mənimsənilməsi cəhdi kimi qiymətləndirilməlidir Blok həmçinin inzibati resurslardan istifadə, seçicilərə təzyiq və mümkün digər pozuntularla bağlı hüquqi qiymət verilməsini tələb edib “Maariflənmiş Ermənistan” Partiyasının sədri Edmond Marukyan isə bildirib ki, Paşinyanın çıxışı zamanı səslərin cəmi 10 faizə yaxını emal olunmuşdu
Diğer Haberler

Bacıları etiraf etdi, qətlin üstü 19 ildən sonra açıldı: Sultanın atası onu öldürdü! | T24

Yüksək hərarət, başgicəllənmə və huşunu itirmə... Mütəxəssislərdən bir-birinin ardınca yaranan isti və xəbərdarlıqlar gəldi
