İran Daxili İşlər Nazirliyi: Ölkədə vəziyyət qeyri-sabit olaraq qalır
İran hərbi əməliyyatların dayandırılmasına baxmayaraq qeyri-sabit "müharibə, sülh" vəziyyətində qaldığını bildirən Daxili İşlər Nazirliyinin sözçüsü icra hakimiyyəti orqanlarını vəziyyəti sabitləşdirmək, yaşayış şəraitini yaxşılaşdırmaq və vətəndaşların rahatlığını təmin etmək üçün əməli addımlar at

İran hərbi əməliyyatların dayandırılmasına baxmayaraq qeyri-sabit "müharibə, sülh" vəziyyətində qaldığını bildirən Daxili İşlər Nazirliyinin sözçüsü icra hakimiyyəti orqanlarını vəziyyəti sabitləşdirmək, yaşayış şəraitini yaxşılaşdırmaq və vətəndaşların rahatlığını təmin etmək üçün əməli addımlar atmağa çağırıb Bu barədə İran İnternational məlumat yayıb Əli Zeynivənd əhalini şayiələrə və təsdiqlənməmiş xəbərlərə əhəmiyyət verməməyə çağıraraq əlavə edib: “Seçkilərin təqvimini açıqlamaq üçün müharibənin bitməsini gözləyirik” O, İran silahlı qüvvələrinin tam döyüş hazırlığında qaldığını vurğulayaraq, fevral ayında müharibə başlayandan bəri onların hazırlıq səviyyəsinin kəskin artdığını və hazırda “ən yüksək səviyyədə” olduğunu qeyd edib Nazirlik nümayəndəsi onu da bildirib ki, hökumət əhalinin zəruri mallarla təmin olunması istiqamətində iş aparır. Cənub sərhədlərindəki maneələrə baxmayaraq, bu məqsədlə şərq, qərb və şimal sərhəd keçidlərindən istifadə olunur Əyalət qubernatorlarına qonşu əyalətlər və ölkələrlə əməkdaşlıq yolu ilə emalatxanalara və sənayelərə zəruri malların və xammalların tədarükünə kömək etmək üçün "vacib və görünməmiş" səlahiyyətlər verildiyini söylədi "Ölkəmiz bloklana bilməz" dedi və qubernatorlara daha çox səlahiyyətlər verildikdən sonra səlahiyyətlilərin əsas malların tədarükü ilə bağlı narahatlığının olmadığını söylədi


