Tenqri
Ana Səhifə
Mədəniyyət

Yaşsız musiqi - klassiklər Bakını fəth etdi - FOTO

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilən “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində klassik musiqi gecəsi keçirilib Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən konsert proqramı

0 baxışday.az
Yaşsız musiqi - klassiklər Bakını fəth etdi - FOTO
Paylaş:

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilən “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində klassik musiqi gecəsi keçirilib Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən konsert proqramında Uşaq Filarmoniyasının istedadlı tələbələri tamaşaçılara dünya və Azərbaycan klassik musiqisinin ən gözəl nümunələrini təqdim ediblər. Proqram zamanı dünya şöhrətli bəstəkarların - Antonio Vivaldi, Volfqanq Amadey Motsart, Friderik Şopen, Frans Şubert, Antonio Vivaldi, Pyotr Çaykovski və Henrik Vienyavskinin əsərləri səsləndirilib. Gənc ifaçılar fortepiano, skripka, tar, qarmon və kanonda öz bacarıqlarını nümayiş etdiriblər Konsertdə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərləri xüsusi yer tutmuşdur. Gənc musiqiçilər Qara Qarayev, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Üzeyir Hacıbəyli, Tofiq Quliyev və Fikrət Əmirovun əsərlərini ifa edərək milli musiqi irsinin zənginliyini bir daha nümayiş etdirmişlər Xüsusi qayğıya ehtiyacı olan uşaqların, eləcə də müxtəlif bölgələrdən festivala qatılan gənc ifaçıların çıxışları yaddaqalan məqamlardan olub. Şəki və Zaqataladan olan iştirakçılar canlı ifaları ilə proqrama əlavə ifadə və rəngarənglik bəxş ediblər Dünya və Azərbaycan klassiklərinin ən yaxşı nümunələrinin yer aldığı proqram festival iştirakçılarına unudulmaz təəssürat bağışladı Konsertin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler