Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq
Ölkədə təmayül tədris məktəblərinin formalaşdırılması Naxçıvan Muxtar Respublikasında da tətbiq ediləcək AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov jurnalistlərə müsahibəsində deyib Nazir bildirib ki, yaxın illərdə yuxarı siniflər

Ölkədə təmayül tədris məktəblərinin formalaşdırılması Naxçıvan Muxtar Respublikasında da tətbiq ediləcək AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov jurnalistlərə müsahibəsində deyib Nazir bildirib ki, yaxın illərdə yuxarı siniflərdə şagirdlərin ixtisas seçimlərinə uyğun olaraq təmayül siniflərinin formalaşdırılması planlaşdırılır: "Bu məktəblərdə şagirdlər xüsusi tədris planı ilə ali təhsil müəssisələrində seçəcəkləri ixtisas istiqamətinə uyğun daha məqsədyönlü hazırlıq keçə biləcəklər. Hazırda həmin məktəblərin müəyyənləşdirilməsi, şagird və müəllim qəbulu ilə bağlı hazırlıq tədbirləri görülür. Məqsəd gələcəkdə şagirdlərimizin maraq və bacarıqlarına uyğun daha keyfiyyətli təhsil imkanları yaratmaqdır" Nazir qeyd edib ki, bu modelə keçid təxminən 2028-ci tədris ilində həyata keçiriləcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Media: ABŞ memorandum imzaladıqdan sonra İrana neft satmağa icazə verəcək

ABŞ-ın qüdrətli adları gizli cəmiyyətdə görüşüb, təfərrüatları açıqlanıb: “Nüvə silahını geri qaytarın”, “Start a Cult” mövzulu görüşlər, matchmaking xidmətləri... | T24
