Tenqri
Ana Səhifə
Dünya

Mustafa Aşurov: Səid Rüstəmovun musiqi irsi onun adını daşıyan orkestr tərəfindən uğurla yaşadılır

Bu gün görkəmli bəstəkar, dirijor və pedaqoq, Azərbaycan peşəkar musiqisinin inkişafında müstəsna xidmətlər göstərmiş Səid Rüstəmovun anım günüdür. Onun zəngin musiqi irsi xalqımızın mədəni yaddaşında silinməz izlər qoyub Üzeyir Hacıbəylinin yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinin forma

0 baxışazertag.az
Mustafa Aşurov: Səid Rüstəmovun musiqi irsi onun adını daşıyan orkestr tərəfindən uğurla yaşadılır
Paylaş:

Bu gün görkəmli bəstəkar, dirijor və pedaqoq, Azərbaycan peşəkar musiqisinin inkişafında müstəsna xidmətlər göstərmiş Səid Rüstəmovun anım günüdür. Onun zəngin musiqi irsi xalqımızın mədəni yaddaşında silinməz izlər qoyub Üzeyir Hacıbəylinin yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinin formalaşması yolunda onun ən yaxın silahdaşlarından biri sevimli tələbəsi Səid Rüstəmov olub. Böyük bəstəkar orkestrin rəhbəri və dirijoru olduğu illərdə Səid Rüstəmov konsertmeyster kimi onun ən etibarlı köməkçisi idi. Zaman keçdikcə müəllim öz tələbəsinin sənətkarlığına və təşkilatçılıq bacarığına yüksək qiymət verərək orkestrin dirijorluğunu ona etibar etdi. Beləliklə, Səid Rüstəmov Üzeyir bəyin yaratdığı sənət ocağının ənənələrini layiqincə davam etdirən görkəmli musiqi xadimi kimi orkestrə rəhbərlik etdi. O, burada dünya klassiklərinin əsərləri ilə yaxından tanış olub və sonradan bu üslubda əsərlər bəstələməyə başlayıb. Səid Rüstəmov 1935-ci ildən ömrünün sonunadək həmin kollektivin bədii rəhbəri və baş dirijoru olub. Bu kollektiv xalq musiqisinin peşəkar səviyyədə ifasına, sistemli şəkildə öyrənilməsinə və inkişafına geniş imkanlar açaraq Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Muğam Mərkəzinin Əməkdar Kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin dirijoru, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Əməkdar Kollektiv Dövlət Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru Mustafa Aşurov deyib O bildirib ki, bəstəkarın zəngin yaradıcılığı Azərbaycan musiqi xəzinəsinin ən dəyərli səhifələrindən biridir. Onun əsərləri bu gün də aktuallığını qoruyur, dinləyicilər tərəfindən sevilir və ifa olunur “Bu il, həmçinin Səid Rüstəmovun adını daşıyan Xalq Çalğı Alətləri Orkestrinin yaradılmasının 95 illiyi tamam olur. Bəstəkarın musiqi irsi onun adını daşıyan orkestr tərəfindən uğurla yaşadılır və inkişaf etdirilir. Orkestrin repertuarında bəstəkarın əsərləri xüsusi yer tutur. Yeni işləmələr və aranjemanlarla yanaşı, onun musiqi ənənələri də qorunub saxlanılaraq təqdim olunur. Bu da böyük sənətkarın ideyalarının yaşadığını və Azərbaycan musiqisində öz əhəmiyyətini qoruduğunu bir daha təsdiqləyir”,- deyə Mustafa Aşurov qeyd edib Qeyd edək ki, Səid Əli oğlu Rüstəmov 1907-ci il mayın 12-də İrəvanda anadan olub. Erkən yaşlarından atasını itirən Səid qardaşlarının himayəsində böyüyüb. Ailəsi ilə birgə 1919-cu ildə Gəncəyə, 1920-ci ildə isə Ağdaş rayonuna köçüb. Professional musiqimizin, milli bəstəkarlıq məktəbinin banisi dahi Üzeyir bəydən dərs alan və onun yolunu, musiqi irsini layiqincə davam etdirən Səid Rüstəmovun adı musiqi tariximizin səhifələrinə əbədi yazılıb. O, görkəmli bəstəkar olmaqla yanaşı, pedaqoq, dirijor, ictimai xadim kimi də müstəsna xidmətləri ilə özünə əbədiyaşarlıq qazanıb. 1983-cü il iyunun 10-da Bakıda vəfat edib, Birinci Fəxri xiyabanda dəfn olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler