Tenqri
Ana Səhifə
İdman

Muradov: Avropada yaşayan azərbaycanlı mühəndislər ölkəyə böyük fayda verə bilərlər

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ixtisaslaşmış forumları dəstəkləyir, o cümlədən bilavasitə mühəndis peşəsi ilə bağlı yol xəritəsinə malikdir Bu barədə "Report"un Avropa bürosuna Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib "Avropada mühəndislərimiz yaxşı təhsil alıblar və

0 baxışreport.az
Muradov: Avropada yaşayan azərbaycanlı mühəndislər ölkəyə böyük fayda verə bilərlər
Paylaş:

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ixtisaslaşmış forumları dəstəkləyir, o cümlədən bilavasitə mühəndis peşəsi ilə bağlı yol xəritəsinə malikdir Bu barədə "Report"un Avropa bürosuna Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib "Avropada mühəndislərimiz yaxşı təhsil alıblar və yaxşı təcrübəyə malikdirlər. Biz çalışırıq ki, bu təcrübə gələcəkdə Azərbaycan üçün də faydalı olsun", - o vurğulayıb F. Muradovun sözlərinə görə, forumun əsas məqsədi Avropada yaşayan azərbaycanlı mütəxəssislər arasında əməkdaşlıq üçün imkan və platforma yaratmaqdır: "Sayca üçüncü forumda 200-dən çox mühəndisimiz qeydiyyatdan keçib. Təbii ki, hər birini dəvət edə bilməmişik. Bildirmək istəyirəm ki, bu forumun ən böyük məqsədi mühəndislərimiz arasında əməkdaşlığın həyata keçirilməsidir, eyni zamanda Azərbaycan üçün də yeni texnologiyalar, mühəndislərin təcrübəsindən yararlanmaq istiqamətində yaxşı platformadır. Burada Almaniya və Azərbaycanda fəaliyyət göstərən universitetlər də təmsil olunur ki, gələcəkdə bu sahə həm praktik, həm də nəzəri cəhətdən müəyyən birgə layihənin həyata keçirilməsi üçün yeni imkan yaratsın" O əlavə edib ki, ilk iki tədbir zamanı aparılan müzakirələr əsasında təkliflər hazırlanıb və artıq Azərbaycan dövlətinin müxtəlif qurumlarına təqdim olunub "Əminəm ki, bu, müsbət nəticələrini verəcək. Almaniyanın bütün torpaqlarında diaspor nümayəndələrini birləşdirən Almaniya Azərbaycanlıları Alyansı forumun əsas təşkilatçısıdır və bundan sonra da bu işi davam etdirəcək", - F. Muradov yekunlaşdırıb Qeyd edək ki, iyunun 6-da Almaniyanın Hamburq şəhərində Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu işə başlayıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler