Mundiallar tarixinə ekskurs: 1930-cu ildən başlayan möhtəşəm futbol bayramları - ARAŞDIRMA
Bu il ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı futbol tarixində yeni səhifə açacaq "Report"un məlumatına görə, ilk dəfə mundialda 48 komanda iştirak edəcək Birinci analoji turnir 1930-cu ildə Uruqvayda keçirilib. Həmin yarışda 13 komanda iştirak edib və ev sahibləri ta

Bu il ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı futbol tarixində yeni səhifə açacaq "Report"un məlumatına görə, ilk dəfə mundialda 48 komanda iştirak edəcək Birinci analoji turnir 1930-cu ildə Uruqvayda keçirilib. Həmin yarışda 13 komanda iştirak edib və ev sahibləri tarixdə ilk dünya çempionu olublar. Sonrakı illərdə iştirakçı sayı artıb və mundial qlobal idman hadisəsinə çevrilib 1950 - 13 komanda (bəzi ölkələr yarışdan imtina edib) FIFA-nın açıqlamasına görə, bu genişlənmə futbolun bütün qitələrdə inkişafı və daha çox ölkənin mundial həyəcanını yaşaması məqsədi daşıyıb İkinci Dünya müharibəsi futbola da təsirsiz ötüşməyib. 1942 və 1946-cı illərdə dünya çempionatı keçirilməyib. Mundial yalnız 1950-ci ildə yenidən təşkil olunub Braziliya bütün dünya çempionatlarının final mərhələsində iştirak edən yeganə millidir Braziliyalı əfsanəvi futbolçu 1958, 1962 və 1970-ci illərdə dünya çempionu olub. O, futbol tarixində üç dəfə mundial qazanan yeganə oyunçudur Braziliya millisi 5 dəfə dünya çempionu olub (1958, 1962, 1970, 1994, 2002). Bu göstərici hələ də rekord olaraq qalır Almaniyalı hücumçu Miroslav Kloze dünya çempionatlarında vurduğu 16 qolla tarixin ən yaxşı bombardiridir Fransalı Just Fonten 1958-ci il mundialında 6 oyunda 13 qol vurub. Bir dünya çempionatında ən çox qol rekordu hələ də ona məxsusdur Argentina millisinin kapitanı Lionel Messi mundiallarda 26 oyuna çıxaraq bu göstəricidə bütün futbolçuları geridə qoyub 1958-ci ildə Braziliyanın heyətində çempion olan Pele kuboku qazananda cəmi 17 yaş 249 günlük idi. Bu rekord indiyədək yenilənməyib Türkiyə millisinin sabiq hücumçusu Hakan Şükür 2002-ci ildə Cənubi Koreyaya qarşı oyunda cəmi 11 saniyəyə fərqlənib. Bu, mundiallar tarixinin ən sürətli qoludur Rusiyalı Oleq Salenko 1994-cü ildə Kamerunla görüşdə 5 qol vuraraq bir mundial matçında ən çox qol vuran futbolçu olub Misir millisinin qapıçısı Essam Əl-Hədari 2018-ci ildə 45 yaş 161 günlüyündə meydana çıxaraq dünya çempionatlarının ən yaşlı futbolçusu adına sahib olub 1950-ci ildə Braziliya və Uruqvay arasında keçirilən həlledici qarşılaşmanı təxminən 174 min tamaşaçı stadiondan izləyib. Bu, dünya çempionatları tarixinin ən yüksək tamaşaçı göstəricisidir ABŞ, Kanada və Meksikanın birgə təşkil edəcəyi dünya çempionatı tarixdə ən böyük mundial olacaq. Turnirdə 48 komanda iştirak edəcək, 104 oyun keçiriləcək və çempion olmaq üçün komanda 8 görüşdən qalib ayrılmalı olacaq. Bu, həm iştirakçı sayı, həm də oyunların miqyası baxımından rekord göstəricidir 1930-cu ildə Montevideoda başlayan dünya çempionatı yolu 96 il sonra Şimali Amerikada yeni mərhələyə qədəm qoyacaq. DÇ-2026 iyunun 11-dən iyulun 19-dək baş tutacaq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

Bacıları etiraf etdi, qətlin üstü 19 ildən sonra açıldı: Sultanın atası onu öldürdü! | T24

Yüksək hərarət, başgicəllənmə və huşunu itirmə... Mütəxəssislərdən bir-birinin ardınca yaranan isti və xəbərdarlıqlar gəldi
