Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Bişkekdə qeyd edilib
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycanın Qırğızıstandakı səfirliyi Bişkek şəhərində yerləşən Heydər Əliyev adına 20 nömrəli gimnaziyada tədbir təşkil edib Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl məktəbin foyesində ucaldılmış

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycanın Qırğızıstandakı səfirliyi Bişkek şəhərində yerləşən Heydər Əliyev adına 20 nömrəli gimnaziyada tədbir təşkil edib Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl məktəbin foyesində ucaldılmış Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb Sonra səfir və səfirliyin əməkdaşları məktəbin 5-ci və 7-ci siniflərində “Heydər Əliyev” və “Lider kimdir?” mövzularında təşkil olunmuş açıq dərslərdə iştirak ediblər Daha sonra gimnaziyanın şagirdlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş musiqili-bədii konsert keçirilib Məktəbin direktoru Kanıkey Alımkılova çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin doğum günü bu məktəb üçün xüsusi əhəmiyyət daşıyır. Məktəbin müəllim və şagirdləri bu günə xüsusi hazırlaşır, Ümummilli Lider Heydər Əliyevə və Azərbaycan-Qırğızıstan dostluğuna həsr olunmuş dərs saatları, viktorinalar, rəsm sərgiləri təşkil olunur, şagirdlər şeirlər, mahnılar və milli rəqslər hazırlayırlar. O qeyd edib ki, bütün bunlar şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına müsbət təsir göstərir və məktəbin şagirdləri Ulu Öndər Heydər Əliyevin xarakter və xüsusiyyətlərini öyrənərək özlərini ona bənzətməyə çalışırlar Sonra səfir Lətif Qəndilov çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat yolu barədə şagirdlərə geniş məlumat verib. O, Ulu Öndər Heydər Əliyevin liderlik xüsusiyyətləri, Vətən sevgisi, uşaqlara və gənclərə münasibəti barədə danışıb Tədbir məktəblilərin ifasında rəqs, mahnı və hər iki dildə səsləndirilən şeirlərlə davam edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Hazırda Özbəkistanda İkinci Dünya Müharibəsi veteranı və onlara bərabər tutulan 60 nəfər yaşayır

Neytrallıq, sanksiyalar və məhbusların taleyi. Ukraynanın Qırğızıstandakı səfiri ilə - müharibə və Orta Asiya ilə əlaqələr haqqında
