Mütəxəssis: Bəzən saniyələrlə olan gecikmələr belə kritik rəqəmsal infrastrukturlar üçün ciddi təsirlər yarada bilər
Hadisələrin sürətli aşkarlanmasında, analiz olunmasında, prioritetləşdirilməsində süni intellekt həm çox böyük ehtiyaca, həm də kibermüdafiənin əsas elementlərindən birinə çevrilir. Təbii ki, “AzInTelecom” olaraq biz bunu gündəlik fəaliyyətlərimizdə çox yaxından görürük. Çünki artıq biz yalnız cloud

Hadisələrin sürətli aşkarlanmasında, analiz olunmasında, prioritetləşdirilməsində süni intellekt həm çox böyük ehtiyaca, həm də kibermüdafiənin əsas elementlərindən birinə çevrilir. Təbii ki, “AzInTelecom” olaraq biz bunu gündəlik fəaliyyətlərimizdə çox yaxından görürük. Çünki artıq biz yalnız cloud və telekom xidmətləri göstərən qurum deyilik. Bu gün ölkənin bir sıra kritik infrastrukturlarının monitorinqi bizim üzərimizdədir AZƏRTAC xəbər verir ki, bunu "AzInTelecom" MMC-nin kibertəhlükəsizlik şöbəsinin rəhbəri Elşən İsmayılov Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində təşkil olunan "Rəqəmsal transformasiyada kiberçağırışlar" mövzusunda panel sesiyada çıxışı zamanı deyib "Xüsusilə də "AZCON Holding" tərkibində yerləşən nəqliyyat qurumları ilə işləmək bizə göstərir ki, kibertəhlükəsizlik yalnız "firewall" (təhlükəsizlik divarı) və server məsələsi deyil. Burada söhbət nəqliyyatın dayanıqlılığından, kritik infrastrukturun fasiləsiz işləməsinin təmin olunmasından və milli rəqəmsal kibertəhlükəsizlikdən gedir. Bəzən saniyələrlə olan gecikmələr belə kritik rəqəmsal infrastrukturlar üçün ciddi təsirlər yarada bilər. Bu səbəbdən məhz bizim üçün transponirə yanaşması xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə qeyd etmək istədiyim digər məsələlərdən biri Azərbaycanda yaradılan ilk Süperkompüter Mərkəzidir. Bu, bizim üçün həm strateji, həm də mühim addımlardan biri oldu. Biz bu mərkəzə yalnız yüksək hesablama gücü kimi baxmırıq, burada xüsusilə monitorinq üçün “threat hunting” (kibertəhdid ovçuluğu) və anomaliyanın aşkarlanması proseslərində böyük güclü potensiallar görürük. Həmin mərkəzin əsas məqsədi yalnız “AzInTelecom”u deyil, bütövlükdə ölkədəki rəqəmsal ekosistemin imkanlarını gücləndirməkdir. Eyni zamanda, bu sahədə bizim də fəaliyyətlərimiz var. Süni intellekt əsaslı platforma və həllərin bir çox hissəsini sınayırıq, aktiv olaraq test edirik. Demək olar ki, bir çox hissəsini də sınaqdan keçirmişik. Amma burada bizim üçün ən önəmli, vacib məqamlardan biri də məlumat suverenliyinin təmin olunmasıdır. Bu səbəbdən də fəaliyyətlərimizdə yerli və milli həllərə üstünlük verməyə çalışırıq ki, məlumatın təhlükəsizliyi və ölkədaxilində qorunması təmin olunsun. Düşünürəm ki, qarşıdakı illərdə süni intellekt kibertəhlükəsizliyi tamamilə dəyişəcək. Buradakı əsas məsələ bu dəyişikliyə nə qədər hazır olmağımızla bağlıdır və proses bu gündən başlayır", - deyə Elşən İsmayılov vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


