Mətin Məmmədli: Azərbaycanın sülh təklifi Ermənistan və digər dövlətlər tərəfindən qəbul edilib
Azərbaycanın təklif etdiyi sülh gündəliyi həm Ermənistan, həm də digər dövlətlər tərəfindən yeni formalaşan geosiyasi reallıqlar fonunda qəbul edilib "Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli "Cənubi Qafqazda yeni geosiyasi reallıql

Azərbaycanın təklif etdiyi sülh gündəliyi həm Ermənistan, həm də digər dövlətlər tərəfindən yeni formalaşan geosiyasi reallıqlar fonunda qəbul edilib "Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi" mövzusunda keçirilən tədbirdə deyib Onun sözlərinə görə, Azərbaycanın sülh gündəliyi beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş norma və prinsiplərinə, eyni zamanda dövlətlərin suverenliyinə əsaslanır: "Azərbaycan xalqı və cəmiyyəti sülhə hazırdır. Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında sülh gündəliyi formalaşıb. Bu sülh gündəliyinin və bütövlükdə yeni geosiyasi reallıqların qəbul edilməsi asan başa gəlməyib. Bu, ilk növbədə, Azərbaycan dövlətinin İkinci Qarabağ müharibəsindən sonra, xüsusilə həyata keçirdiyi düşünülmüş xarici siyasət və diplomatiya nəticəsində əldə olunub" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


