MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək
Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Seçki İdarəetmə Orqanlarının 13-cü illik görüşündə iştirak etmək məqsədilə Gürcüstana səfər edib AZƏRTAC xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədrinə ünvanladığı də

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Seçki İdarəetmə Orqanlarının 13-cü illik görüşündə iştirak etmək məqsədilə Gürcüstana səfər edib AZƏRTAC xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədrinə ünvanladığı dəvətə əsasən tədbirdə sədr müavini Rövzət Qasımov və Katibliyin Ümumi şöbəsinin müdiri Elşən Əsgərov iştirak edirlər Müxtəlif ölkələrin ali seçki qurumlarının rəhbərlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, müstəqil ekspertlərin və seçki texnoloqlarının iştirakı ilə iyunun 17-18-də Batumi şəhərində təşkil olunan budəfəki illik görüş “Dezinformasiya strategiyaları, süni intellekt və sosial şəbəkələrin informasiya bütövlüyündə rolu” mövzusuna həsr olunub. Beynəlxalq tədbirin gündəliyinə uyğun olaraq, Seçki İdarəetmə Orqanlarının 13-cü illik görüşündə sözügedən mövzu ilə bağlı R.Qasımovun çıxışı da nəzərdə tutulur Səfər çərçivəsində Azərbaycan Mərkəzi Seçki Komissiyası nümayəndələrinin tədbirin iştirakçısı olan müxtəlif ölkələrin ali seçki administrasiyalarının, eləcə də beynəlxalq və xarici təşkilatların təmsilçiləri ilə görüşlər keçirməsi, qurumlararası əlaqələr, seçkilərlə bağlı müxtəlif sahələrdə təcrübə mübadiləsinin daha da genişləndirilməsi və yeni əməkdaşlıq imkanları istiqamətində müzakirələr aparılması planlaşdırılır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


