Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir
Azərbaycan Prezidentinin 2026-cı il mayın 23-də təsdiq etdiyi dövlət proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsidir Bu sözləri AZƏRTAC-a açıqlamasında Quş əti və Yumurta İstehsalçıları Assosiasiyasının sədri Mürvət Həsənli söyləyib Onun sözlərinə görə, ərzaq təhlükəsiz

Azərbaycan Prezidentinin 2026-cı il mayın 23-də təsdiq etdiyi dövlət proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsidir Bu sözləri AZƏRTAC-a açıqlamasında Quş əti və Yumurta İstehsalçıları Assosiasiyasının sədri Mürvət Həsənli söyləyib Onun sözlərinə görə, ərzaq təhlükəsizliyinin təmin olunması, ilk növbədə, məhsuldarlığın artırılmasından, məhsuldarlığın yüksəldilməsi isə elmi potensialın gücləndirilməsindən asılıdır. Qarşıya qoyulan hədəflərə nail olmaq üçün fermerlərin və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanları genişləndirilməli, suvarma və meliorasiya sistemləri təkmilləşdirilməlidir "İxrac potensialının artırılması, rəqabətqabiliyyətli istehsalın təşviqi və kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması mühüm vəzifələr sırasındadır. Bu məqsədlə logistika infrastrukturunun inkişaf etdirilməsi, soyuducu anbarların yaradılması və yeni satış bazarlarının formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir",- M.Həsənli vurğulayıb Assosiasiya rəhbəri qeyd edib ki, logistika sahəsinin inkişafı ilə bağlı Prezident tərəfindən yeni fərman imzalanıb. Həmçinin Aqrar Subsidiya Şurası ilə bağlı səlahiyyətlərin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilməsi bu istiqamətdə idarəetmənin daha da təkmilləşdirilməsinə xidmət edir O vurğulayıb ki, həyata keçirilən tədbirlərin əsas məqsədlərindən biri ekoloji dayanıqlılığın təmin edilməsidir. Torpaq və su ehtiyatlarından səmərəli istifadə olunması, təbii resursların qorunması və əhalinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


