Tenqri
Ana Səhifə
Dünya

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

İyunun 5-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında həkimlər, rezidentlər və tibb bacıları üçün növbəti cümə seminarı keçirilib “Səhiyyədə Peşəkar Davranış: Tibbi Etika, Deontologiya və Effektiv Komanda Əməkd

0 baxışazertag.az
® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib
Paylaş:

İyunun 5-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında həkimlər, rezidentlər və tibb bacıları üçün növbəti cümə seminarı keçirilib “Səhiyyədə Peşəkar Davranış: Tibbi Etika, Deontologiya və Effektiv Komanda Əməkdaşlığı” mövzusuna həsr olunan seminarın məqsədi səhiyyə işçilərinin peşəkar etik davranış prinsipləri, tibbi deontologiya, pasiyentlərlə və həmkarlarla effektiv ünsiyyət bacarıqları, eləcə də multidisiplinar komanda əməkdaşlığının əhəmiyyəti barədə məlumatlılığının artırılması olub Tədbir zamanı çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə tibbi etika və deontologiyanın səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsində, pasiyent məmnuniyyətinin təmin edilməsində və cəmiyyətin səhiyyə sisteminə etimadının formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, etik prinsiplərə riayət olunması, pasiyent hüquqlarının qorunması, məxfiliyin təmin edilməsi və peşəkar məsuliyyət hissi müasir səhiyyə xidmətlərinin ayrılmaz tərkib hissəsidir Seminar çərçivəsində tibbi etikanın əsas prinsipləri, etik qərarvermə prosesləri, klinik praktikada rast gəlinən etik dilemmalar, pasiyent-həkim münasibətləri, səhiyyə kollektivində peşəkar ünsiyyət və komanda işinin effektiv təşkili mövzularına toxunulub. Həmçinin səhiyyə sahəsində süni intellekt texnologiyalarının tətbiqi fonunda meydana çıxan etik məsələlər və bu istiqamətdə beynəlxalq təcrübələr iştirakçıların diqqətinə çatdırılıb Təlim zamanı real klinik situasiyalar əsasında hazırlanmış nümunələr və interaktiv müzakirələr vasitəsilə iştirakçılar etik problemlərin həlli, düzgün kommunikasiya strategiyalarının seçilməsi və multidisiplinar əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar Seminar iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında geniş müzakirələrin aparılması ilə başa çatıb. Tədbir səhiyyə işçilərinin peşəkar inkişafının dəstəklənməsi, etik davranış mədəniyyətinin təşviqi və pasiyentyönümlü tibbi xidmətlərin keyfiyyətinin artırılması baxımından əhəmiyyətli platforma olub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib | Tenqri