Mərkəzi Bankın nümayəndələri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaşlarla görüşlərin keçirilməsi mühüm yer tut

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaşlarla görüşlərin keçirilməsi mühüm yer tutur AMB-dən AZƏRTAC-a bildirilib ki, növbəti səyyar görüş mayın 13-də Siyəzən rayonunda keçiriləcəkdir. Görüş Qusar, Siyəzən, Şabran, Xaçmaz, Quba inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcəkdir Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcəkdir Qeyd edək ki, görüşlə dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və vatsap nömrəsi vasitəsilə ünvanlamaq mümkündür 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
