Tenqri
Ana Səhifə
Dünya

Mərkəzi Bankın əməkdaşları Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyiblər

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Daşkəsən rayonunda növbəti səyyar görüş təşkil edilib AMB-dən AZƏRTAC-a bildirilib ki, səyyar görüş zamanı vətəndaşların şifahi müraciətləri din

0 baxışazertag.az
Mərkəzi Bankın əməkdaşları Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyiblər
Paylaş:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Daşkəsən rayonunda növbəti səyyar görüş təşkil edilib AMB-dən AZƏRTAC-a bildirilib ki, səyyar görüş zamanı vətəndaşların şifahi müraciətləri dinlənilib, maliyyə xidməti sahəsi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb. Görüşdə vətəndaşlar tərəfindən kredit istəyi, kredit öhdəlikləri üzrə güzəşt istəyi və ATM quraşdırılması ilə bağlı müraciətlər səsləndirilib. Müraciətlərin bir qismi yerində araşdırılaraq müvafiq izahat verilib, əlavə araşdırma tələb edən məsələlər nəzarətə götürülüb Qeyd edək ki, vətəndaşlar görüşlərlə bağlı əlavə sual, təklif və müraciətlərini www.contact.e-cbar.az elektron müraciətlər sistemi vasitəsilə Mərkəzi Banka ünvanlaya və ya “966” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq məlumat əldə edə bilərlər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler