Tenqri
Ana Səhifə
Dünya

Mərkəzi Bank: Yaşıl maliyyə taksonomiyası beynəlxalq kapital axınlarını gücləndirəcək

Biz bazar əməliyyatlarımızı “yaşıllaşdırmağı” düşünürük və dövlət dəstək fondlarına ESG elementlərinin inteqrasiyası üçün hökumətlə sıx əməkdaşlıq edirik "APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Top

0 baxışapa.az
Mərkəzi Bank: Yaşıl maliyyə taksonomiyası beynəlxalq kapital axınlarını gücləndirəcək
Paylaş:

Biz bazar əməliyyatlarımızı “yaşıllaşdırmağı” düşünürük və dövlət dəstək fondlarına ESG elementlərinin inteqrasiyası üçün hökumətlə sıx əməkdaşlıq edirik "APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində “8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu: Dayanıqlı inkişaf üçün innovativ maliyyələşmə – yardım və ənənəvi Rəsmi İnkişaf Yardımının (ODA) hüdudlarından kənarda” mövzusunda təşkil olunan sessiyada bildirib "Lakin ənənəvi maliyyə risklərindən fərqli olaraq ESG riskləri sərhədlərdən kənara çıxır, sistem xarakteri daşıyır və milli çərçivələrlə məhdudlaşdırıla bilmir. ESG riskləri xarici təsirlər yaradır – yəni bir şirkətin fəaliyyəti digər tərəflərə də təsir edir. Məsələn, Avropadakı bir şirkət Afrikadakı xammaldan, Asiyadakı istehsaldan asılı ola bilər və zəncirin hər hansı mərhələsindəki problem bütün sistemi təsir edə bilər. Buna görə daha güclü beynəlxalq əməkdaşlıq zəruridir. Bu istiqamətdə biz IFC, SBFN, UNDP, UNEP FI və Climate Bonds Initiative kimi tərəfdaşlarla birlikdə “Dayanıqlı Maliyyə Taksonomiyalarının Uyğunlaşdırılması və Müqayisəliliyinin Gücləndirilməsi üzrə Yol Xəritəsi” layihəsini başlatmışıq" - deyə qeyd edib O bildirib ki, bu təşəbbüs yaşıl maliyyə sahəsində ən böyük problemlərdən biri olan parçalanma problemini həll etməyə yönəlmiş könüllü çoxtərəfli platformadır: "Taksonomiyalar eyni dili danışmadıqda kapital axınları qeyri-müəyyənlik və maneələrlə üzləşir. Bu uyğunlaşdırma təşəbbüsü isə özəl kapital axınlarını artırmağı və daha inklüziv, ədalətli aşağı karbonlu iqtisadiyyata keçidi sürətləndirməyi hədəfləyir. Bu yalnız taksonomiyaların uyğunlaşdırılması deyil, həm də möhkəm yoxlama və təsdiqləmə mexanizmlərinin qurulması deməkdir"

Kaynak: apa.az

Diğer Haberler