Tenqri
Ana Səhifə
Dünya

Mərkəzi Bank süni intellekt həlləri üçün məlumat idarəetməsini gücləndirir

Maliyyə sektorunda məlumatların əsas hissəsi strukturlaşdırılmış məlumatlardan ibarət olsa da, strukturlaşdırılmamış məlumatlar da mövcuddur. Bu məlumatların vahid mühitdə toplanması və idarə olunması üçün Data Lakehouse tipli həllərdən istifadə zəruridir "APA-Economics" xəbər verir ki, bu barədə A

0 baxışapa.az
Mərkəzi Bank süni intellekt həlləri üçün məlumat idarəetməsini gücləndirir
Paylaş:

Maliyyə sektorunda məlumatların əsas hissəsi strukturlaşdırılmış məlumatlardan ibarət olsa da, strukturlaşdırılmamış məlumatlar da mövcuddur. Bu məlumatların vahid mühitdə toplanması və idarə olunması üçün Data Lakehouse tipli həllərdən istifadə zəruridir "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Data Departamentinin Data mühəndisliyi şöbəsinin rəisi Mahir Quluzadə Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"da çıxışı zamanı bildirib Onun sözlərinə görə, süni intellektdən səmərəli istifadə üçün ən vacib təməl elementlərdən biri güclü Data Governance sisteminin qurulmasıdır: "Bu, AI sistemlərinə mövcud məlumatların məzmununu və məntiqini daha düzgün anlamağa, həmin məlumatlardan effektiv istifadə etməyə imkan verir. Data Governance dedikdə isə yalnız idarəetmə mexanizmləri deyil, məlumatların mənşəyinin (data lineage) izlənilməsi və keyfiyyətinin təmin olunması da nəzərdə tutulur O qeyd edib ki, Mərkəzi Bankda da bu istiqamətdə mühüm layihələr həyata keçirilir. "Bildiyiniz kimi, 2026-cı ilədək Data Lakehouse-a keçid və Data Governance layihələrinin icrası nəzərdə tutulub. Hazırda bu istiqamətlər üzrə ciddi işlər aparılır və inanıram ki, strategiyamızın son ili olsa da, qarşıya qoyulan hədəflərə nail olacağıq O həmçinin əlavə edib ki, növbəti mərhələdə isə həmin infrastrukturun üzərinə AI layer-in, yəni MLOps imkanlarının əlavə olunması əsas prioritetlərdən biridir: "Bu istiqamətdə də artıq ayrıca strategiya formalaşdırılıb" - deyə o vurğulayıb

Kaynak: apa.az

Diğer Haberler

Mərkəzi Bank süni intellekt həlləri üçün məlumat idarəetməsini gücləndirir | Tenqri