Mərkəz: "112" qaynar xəttinə gündə 8-10 min müraciət olur, əksəri yanlış çağırışlardır
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xətti gündəlik olaraq 8-10 min müraciət qəbul edir, amma daxil olan müraciətlərin əksəriyyəti yanlış çağırışdır APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinin r

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xətti gündəlik olaraq 8-10 min müraciət qəbul edir, amma daxil olan müraciətlərin əksəriyyəti yanlış çağırışdır APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinin rəisi, mayor Nizami Əsədov FHN və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında tur bələdçiləri üçün “Turizmdə təhlükəsizlik” mövzusunda təlimdə jurnalistlərə açıqlamasında deyib O bildirib ki, “112” mobil tətbiqi qaynar xətlə əlçatanlığın təmin olunması məqsədilə tətbiq olunub: “Sözügedən mobil tətbiqi “Apple Store” və “Play Store”dən yükləmək mümkündür: "Bu tətbiqin bizə verdiyi ən böyük üstünlük məkanın təyin olummasıdır. İstifadəçi mobil tətbiqə daxil olduqda qaynar xəttin təminat proqramında hadisənin baş verdiyi məkanın xəritəsi avtomatik qaydada görünəcək” Mərkəzin rəisi bildirib ki, Azərbaycanda turizm sürətlə inkişaf edir, ölkəyə gələn xarici vətəndaşların da "112" qaynar xəttinə müraciətləri olur. Bu müraciətlərin qəbulu üçün mərkəz tərəfindən ingilis, rus, ərəb dilini bilən operatorların hər növbədə olması təmin edilib Nizami Əsədov turizm sahələrində, bölgələrdə hər hansı fövqəladə hal baş verdikdə ilk olaraq "112" qaynar xəttinə müraciət etməyi tövsiyə edib: "Müraciət zamanı soyuqqanlı olmaq, ilkin olaraq hadisəni və harada baş verdiyini bildirmək lazımdır. Tövsiyyə edirik ki, alpinistlər, yüksəkliyə qalxan turistlər öncədən marşrut xətlərini müəyyənləşdirsinlər. Və müəyyənləşdirilmiş marşrut xətlərini "112"-yə zəng vurub bildirsinlər. Məlumatda çıxış tarixi, saatı, maruşrut istiqaməti, təyinat nöqtələri qeyd edilməlidir. Biz bu məlumatla hər hansı xoşagəlməz, bədbəxt hadisə baş verdikdə dərhal onların hərəkət marşrutları, traektoriyaları üzrə axtarış-xilasetmə qüvvələrinin cəlb etməsini təmin edə bilərik”
Diğer Haberler

Bacıları etiraf etdi, qətlin üstü 19 ildən sonra açıldı: Sultanın atası onu öldürdü! | T24

Yüksək hərarət, başgicəllənmə və huşunu itirmə... Mütəxəssislərdən bir-birinin ardınca yaranan isti və xəbərdarlıqlar gəldi
