Ömər Bulut: Türkiyədəki zəlzələ şəhərsalmada dayanıqlılığın zərurət olduğunu ortaya qoydu
Türkiyədə 2023-cü il fevralın 6-da baş verən zəlzələ şəhərsalmada dayanıqlılığın zərurət olduğunu ortaya qoydu "Report" xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsind

Türkiyədə 2023-cü il fevralın 6-da baş verən zəlzələ şəhərsalmada dayanıqlılığın zərurət olduğunu ortaya qoydu "Report" xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında deyib Onun sözlərinə görə, zəlzələdən sonra Türkiyə tarixinin ən genişmiqyaslı yenidənqurma prosesinə başlanıldı: "Biz şəhərlərimizi daha dayanıqlı, karbon emissiyaları daha az olan, iqlimə uyğun gələcəyə hazırlamaq niyyətindəyik. Türkiyədə mənzil inşaatının 15 %-i dövlət, 85 %-i özəl sektor sayəsində inkişaf etdirilir. Dövlətin əsas vəzifəsi az və orta gəlirli vətəndaşlar üçün dayanıqlı, əlçatan mənzil təminatını həyata keçirməkdir. Son 20 ildə dövlət tərəfindən 1 milyon 750 min sosial mənzil inşa edilib, 7 milyondan çox vətəndaş mənzillə təmin edilib. Türkiyə bu sahədə təcrübəsini dünya ölkələri ilə bölüşməyə hazırdır" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


