Mourinyodan Real Madrid iddialarına cavab
"Benfika"nın baş məşqçisi Joze Mourinyo son vaxtlar gündəmə gələn "Real Madrid" və "Yuventus"la bağlı iddialardan danışıb. Təcrübəli çalışdırıcı gələcəyi ilə bağlı xəbərləri təkzib edib "Real Madrid" və "Yuventus"un iddiaları ilə bağlı portuqaliyalı məşqçi "Real Madridə, yoxsa Yuventusa gedəcəyəm?

"Benfika"nın baş məşqçisi Joze Mourinyo son vaxtlar gündəmə gələn "Real Madrid" və "Yuventus"la bağlı iddialardan danışıb. Təcrübəli çalışdırıcı gələcəyi ilə bağlı xəbərləri təkzib edib "Real Madrid" və "Yuventus"un iddiaları ilə bağlı portuqaliyalı məşqçi "Real Madridə, yoxsa Yuventusa gedəcəyəm? Növbəti məqsədim "Benfika"nı Çempionlar Liqasına çıxarmaqdır" deyib. Mourinyo komandasının Avropadakı çıxışını vurğuladı və diqqətinin bütünlüklə hazırkı roluna yönəldiyini bildirdi "Benfika" ilə mühüm bir proses keçirdiklərini ifadə edən Mourinyo, "Avropada liqada heç bir matçda məğlub olmayan yeganə komandayıq. Qarşıdakı 3 matçda qalib gəlsək, Çempionlar Liqasında olacağıq" deyərək hədəflərini açıq şəkildə ifadə etdi Joze Mourinyonun Benfika ilə müqaviləsi 2027-ci ilə qədər davam edir. Bununla belə, müqavilədə mövsümün son matçından sonra 10 gün ərzində qüvvədə olan təxminən 3 milyon avroluq qarşılıqlı ləğv bəndi var


