Mourinyo Türkiyə ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib
"Fənərbağça"nın sabiq baş məşqçisi Joze Mourinyo Türkiyə Futbol Federasiyasının təyin etdiyi cəzaları Avropa İnsan Haqları Məhkəməsinə götürüb. İddia edilib ki, AİHM ərizəyə baxıb və Türkiyədən müdafiə istəyib Ötən il "Fənərbaxça" ilə yollarını ayıran Joze Mourinyo Türkiyədə futbol hakimliyi ilə b

"Fənərbağça"nın sabiq baş məşqçisi Joze Mourinyo Türkiyə Futbol Federasiyasının təyin etdiyi cəzaları Avropa İnsan Haqları Məhkəməsinə götürüb. İddia edilib ki, AİHM ərizəyə baxıb və Türkiyədən müdafiə istəyib Ötən il "Fənərbaxça" ilə yollarını ayıran Joze Mourinyo Türkiyədə futbol hakimliyi ilə bağlı diqqətçəkən addım atıb. Portuqaliyalı çalışdırıcının işlədiyi müddətdə aldığı cəzaları Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) çəkdiyi iddia edilib İddialara görə, AİHM Mourinyonun ərizəsinə baxıb və Türkiyədən rəsmi müdafiə istəyib. Təcrübəli çalışdırıcının müraciətində Türkiyə Futbol Federasiyasının tərkibindəki məhkəmə komitələrinin qərarlarını hədəfə aldığı bildirilib Joze Mourinyo 2024-cü ilin noyabrında keçirilən "Trabzonspor" matçından sonra Peşəkar Futbol İntizam Şurasının tətbiq etdiyi cəzalara etiraz edib. Portuqaliyalı məşqçi soyunub-geyinmə otağından kənarlaşdırılıb və külli miqdarda cərimə edilib, lakin Arbitraj Şurası qərarı təsdiqləyib Mourinyonun ərizəsində Türkiyədə futbol qurumlarının müstəqil olmadığı, ifadə azadlığının pozulduğu və ədalətli mühakimə haqqının zədələndiyi barədə iddialar səsləndirdiyi bildirilir. Həmçinin bildirilib ki, o, əsaslandırılmış qərarla bağlı ona məlumat verilmədiyini əsaslandırıb Xəbərdə Türkiyənin AİHM-ə öz rəyini və müdafiəsini təqdim etmək üçün maksimum altı ay müddətinin olduğu bildirilib. Qeyd olunub ki, məhkəmə proses başa çatdıqdan sonra ərizəyə qiymət verəcək


