Rusiya Müdafiə Nazirliyinin şöbə rəisi Moskvada avtomobilin partlaması nəticəsində həlak olub
Moskvada avtomobilin partlaması nəticəsində Rusiya Müdafiə Nazirliyinin Raket və Artilleriya İdarəsinin rəisi Damir Davydov həlak olub. Ölkənin İstintaq Komitəsi hadisəni təsdiqləsə də, qurumun bəyanatında Davıdovun adı çəkilməyib İstintaq Komitəsi BMW X3-ün sürücüsünün çoxsaylı bədən xəsarətləri a

Moskvada avtomobilin partlaması nəticəsində Rusiya Müdafiə Nazirliyinin Raket və Artilleriya İdarəsinin rəisi Damir Davydov həlak olub. Ölkənin İstintaq Komitəsi hadisəni təsdiqləsə də, qurumun bəyanatında Davıdovun adı çəkilməyib İstintaq Komitəsi BMW X3-ün sürücüsünün çoxsaylı bədən xəsarətləri aldığını və "partlayıcının partlaması" nəticəsində hadisə yerində öldüyünü bildirib İyunun 9-da Moskvadan bir qədər aralıda Balaşixada avtomobilin partlaması nəticəsində ölən Davydov haqda əvvəlcə Ukrayna müdafiə nazirinin müşaviri, fəal Sergey Sternenko, sonra isə Rusiyanın “VÇK-OQPU” Teleqram kanalı məlumat verib 2023-cü ildə Ukraynanın OSINT-resurs Evocation layihəsi Davydov haqqında məlumat dərc edəndə onun Balaşixanın Aviatorlor səmtindəki ünvanını da qeyd edib. Avtomobil bu ünvandan bir qədər aralıda partlayıb. Partlayan BMW X3 avtomobili polkovnikin oğlu, Hərbi Akademiyanın kursantı, 20 yaşlı Rəfail Davıdovun sosial şəbəkələrdə yerləşdirdiyi fotolardakı avtomobilə bənzəyir Şotun sözlərinə görə, partlayıcı qurğu maşının arxasına yerləşdirilib və partlayış baqajda və arxa oturacaqda yanğına səbəb olub. Partlayışdan bir neçə metr sonra davam edən avtomobil park edilmiş Haval avtomobilinə dəyib


