Moskvada mobil internet kəsilib
Rusiyanın paytaxtı Moskvada 5-9 may tarixlərində keçiriləcək "Qələbə Günü" tədbirlərindən əvvəl mobil internet və SMS xidmətləri kəsilib 525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin telekommunikasiya şirkətləri dünən abunəçilərini bu barədə məlumatlandırıblar. Şəhər sakinləri yalnız "ağ si

Rusiyanın paytaxtı Moskvada 5-9 may tarixlərində keçiriləcək "Qələbə Günü" tədbirlərindən əvvəl mobil internet və SMS xidmətləri kəsilib 525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin telekommunikasiya şirkətləri dünən abunəçilərini bu barədə məlumatlandırıblar. Şəhər sakinləri yalnız "ağ siyahı" adlandırılan müəyyən internet xidmətlərinə daxil ola biliblər Kremlin sözçüsü Dmitri Peskov məhdudiyyətlərin təhlükəsizlik tədbiri olaraq tətbiq olunduğunu bildirib Bu arada, son zamanlar Ukraynanın Moskvanı hədəf alan dron hücumlarında artım müşahidə olunub, dünən şəhər mərkəzindəki çoxmərtəbəli binaya dron zərbəsi endirilib. Bu gün isə Rusiya Müdafiə Nazirliyi Moskva da daxil olmaqla müxtəlif bölgələr üzərində 289 Ukrayna pilotsuz təyyarəsini vurduğunu açıqlayıb

