Mayın 9-da Moskvada mobil internet tamamilə söndürüləcək
Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi 9 May Qələbə Günü tədbirləri zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə Moskvada mobil internetin tamamilə məhdudlaşdırılacağını rəsmən açıqlayıb "Bayram tədbirlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Moskvada mobil internet və SMS mesajlaşma xidmətl

Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi 9 May Qələbə Günü tədbirləri zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə Moskvada mobil internetin tamamilə məhdudlaşdırılacağını rəsmən açıqlayıb "Bayram tədbirlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Moskvada mobil internet və SMS mesajlaşma xidmətləri müvəqqəti olaraq məhdudlaşdırılacaq", - nazirliyin məlumatında deyilir Qurum onu da qeyd edib ki, mayın 7-8-də Rusiya paytaxtının təhlükəsizliyinə təhlükə yaranarsa, internet “təcili olaraq” məhdudlaşdırıla bilər Mayın 4-dən telekommunikasiya operatorları Moskva və Sankt-Peterburqda abunəçilərə xəbərdarlıq etməyə başlayıblar ki, mayın 5-dən 9-dək mobil rabitə məhdudlaşdırıla bilər Mayın 4-də Rusiya Müdafiə Nazirliyi mayın 8-9-da birtərəfli atəşkəs elan edib. Buna cavab olaraq Ukrayna prezidenti Vladimir Zelenski mayın 6-da gecə yarısından etibarən “atəşkəs rejimi” elan edib. Lakin onun sözlərinə görə, bu rejim Rusiya ordusu tərəfindən demək olar ki, dərhal pozulub Rusiya hakimiyyəti mayın 6-da gecə yarısından bəri Kiyevin barışıq təklifinə rəsmi cavab verməyib Mayın 7-nə keçən gecə Rusiyanın bir neçə regionu pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyi 347 Ukrayna pilotsuz təyyarəsinin məhv edildiyini bildirib Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib ki, hücum nəticəsində 13 nəfər yaralanıb. Tver vilayətinin Rjev şəhəri də hücuma məruz qalıb Ukraynanın Teleqram kanalları Moskva vilayətinin Naro-Fominsk şəhərində Rusiya Müdafiə Nazirliyinin nəzdindəki Nara hərbi-logistika kompleksinin hədəfə alındığını bildirib. Bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb

