Moskva Ermənistandakı seçkilərlə bağlı narahatdır
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda iri müxalif qüvvələrin parlament seçkilərindən kənarlaşdırılması ehtimalının seçkilərin legitimliyini sual altına sala biləcəyini bildirib Modern.az xəbər verir ki, Mariya Zaxarova bu barədə keçirdiyi brifinqdə danışıb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda iri müxalif qüvvələrin parlament seçkilərindən kənarlaşdırılması ehtimalının seçkilərin legitimliyini sual altına sala biləcəyini bildirib Modern.az xəbər verir ki, Mariya Zaxarova bu barədə keçirdiyi brifinqdə danışıb Onun sözlərinə görə, Moskva Ermənistanda ən böyük müxalif siyasi qüvvələrin parlament seçkilərində iştirakdan kənarlaşdırılması ilə bağlı yayılan məlumatlardan narahatdır Zaxarova iddia edib ki, ölkədə seçkiöncəsi siyasi rəqabət əvəzinə demokratik prosedurlara qarşı mübarizə aparılır Rusiya XİN sözçüsü “Güclü Ermənistan” hərəkatı və “Çiçəklənən Ermənistan” Partiyasının seçkilərdən uzaqlaşdırılması ehtimalını da tənqid edib “Bu, demokratiyaya qarşı cinayət olardı”, - deyə Zaxarova bildirib
Diğer Haberler

Konstansada Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz uçan aparat partlayıb. Ukrayna hakimiyyəti Rumıniyaya vaxtında xəbərdarlıq etməyib

BAPF pensiya yığımlarının çıxarılması üçün yeni adekvatlıq hədlərini dərc edib
