Tenqri
Ana Səhifə
Dünya

Özbəkistanda güclü partlayış: Ölənlər və yaralananlar var - video

Özbəkistanın cənubunda, Kaşkadərya vilayətinin böyük regional mərkəzi olan Qarşi şəhərində güclü partlayış baş verib Özbəkistan ictimaiyyəti xəbər verir ki, ilkin məlumatlara görə, partlayış Ərəbxon bölgəsində baş verib. Şahidlər güclü partlayışın ardınca qalın qara tüstünün göyə qalxdığını bildir

0 baxışhaqqin.az
Özbəkistanda güclü partlayış: Ölənlər və yaralananlar var - video
Paylaş:

Özbəkistanın cənubunda, Kaşkadərya vilayətinin böyük regional mərkəzi olan Qarşi şəhərində güclü partlayış baş verib Özbəkistan ictimaiyyəti xəbər verir ki, ilkin məlumatlara görə, partlayış Ərəbxon bölgəsində baş verib. Şahidlər güclü partlayışın ardınca qalın qara tüstünün göyə qalxdığını bildiriblər Sonradan məlum olub ki, partlayış yanacaqdoldurma məntəqəsində olub “Karşi rayonunda saat 13.50-də (Bakı vaxtı ilə 12.50) məişət maye qaz balonlarının doldurulma məntəqəsində partlayış baş verib”, - Özbəkistan Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir Rəsmi məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb, daha 5 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Həmçinin 4 minik avtomobili və 2 yeraltı yanacaq anbarı yanğın nəticəsində sıradan çıxıb Partlayışın səbəbləri müəyyənləşdirilir Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, xilasedicilər qısa müddətdə hadisə yerinə gəliblər, yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir pic.twitter.com/cD3gIMZ1io

Kaynak: haqqin.az

Diğer Haberler