Azərbaycan dəniz təlimləri - FOTO
Azərbaycan Hərbi Dəniz Qüvvələri döyüş atışlı taktiki təlimlər keçirir. Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev və Müdafiə Nazirliyinin rəhbərliyinin digər nümayəndələri Hərbi Dəniz Qüvvələrində keçirilən taktiki döyüş atışlı təlim

Azərbaycan Hərbi Dəniz Qüvvələri döyüş atışlı taktiki təlimlər keçirir. Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev və Müdafiə Nazirliyinin rəhbərliyinin digər nümayəndələri Hərbi Dəniz Qüvvələrində keçirilən taktiki döyüş atışlı təlimlərinin gedişini izləyiblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb Baş Qərargah rəisinə məlumat verilib ki, təlimlərə Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri cəlb olunub Xəzər dənizinin Azərbaycan sularında keçirilən təlimlərin planına uyğun olaraq, saxta düşmənin məhv edilməsi üzrə müxtəlif tapşırıqlar, o cümlədən digər qoşun növləri və silahlı birləşmələrlə birgə əməliyyatlar icra olunub Təlimlərin əsas məqsədi komandirlərin və qərargahların döyüş əməliyyatlarının təşkili və qüvvələrin idarə edilməsi, habelə gəmilərin həm müstəqil, həm də taktiki qrupun tərkibində döyüş tapşırıqlarını yerinə yetirməyə hazırlığının yoxlanılması vərdişlərinin təkmilləşdirilməsidir


