Moody's Ratings "Cənub Qaz Dəhlizi" QSC-yə uzunmüddətli reytinqlər verib
Cənub Qaz Dəhlizi (CQD) orta axın seqmentinin (qaz nəqli) artan töhfəsi hesabına sabit maliyyə göstəriciləri və gəlirlilik nümayiş etdirməyə davam edəcək, eyni zamanda neft və qaz qiymətlərindəki cari artım 2026-cı ildə upstream seqmentinin (kəşfiyyat və hasilat) nəticələrinə əlavə dəstək verəcək

Cənub Qaz Dəhlizi (CQD) orta axın seqmentinin (qaz nəqli) artan töhfəsi hesabına sabit maliyyə göstəriciləri və gəlirlilik nümayiş etdirməyə davam edəcək, eyni zamanda neft və qaz qiymətlərindəki cari artım 2026-cı ildə upstream seqmentinin (kəşfiyyat və hasilat) nəticələrinə əlavə dəstək verəcək "Şahdəniz yatağında hasilatın tədricən təbii azalması ilə bağlı yaranan uzunmüddətli həcm riskləri 2029-cu ildən başlayaraq hasilat səviyyəsini qoruyub saxlayacaq davam edən investisiya proqramı ilə qismən kompensasiya edilir. Eyni zamanda, Azərbaycanın digər yataqlarından mümkün əlavə qaz həcmləri də gələcəkdə boru kəməri infrastrukturuna yükü saxlamağa kömək edə bilər", - Moody's bildirir


