Moody's ABB Bankın reytinqini yüksək səviyyədə saxladı!
Beynəlxalq reytinq agentliyi Moody's ABB Bankın reytinqlərinə yenidən baxaraq Bankın uzunmüddətli depozit reytinqini Ba1 səviyyəsində təsdiqləyib. Bankın reytinq üzrə proqnozu “stabil” kimi qiymətləndirilib Bankın Əsas Kredit Qiymətləndirilməsi (BCA) Ba2 səviyyəsində, uzunmüddətli xarici və yerli

Beynəlxalq reytinq agentliyi Moody's ABB Bankın reytinqlərinə yenidən baxaraq Bankın uzunmüddətli depozit reytinqini Ba1 səviyyəsində təsdiqləyib. Bankın reytinq üzrə proqnozu “stabil” kimi qiymətləndirilib Bankın Əsas Kredit Qiymətləndirilməsi (BCA) Ba2 səviyyəsində, uzunmüddətli xarici və yerli valyutada qarşı tərəfin risk reytinqi (CRRs) Baa3 səviyyəsində və Qarşı Tərəf Riskinin Qiymətləndirilməsi (CR Qiymətləndirilməsi) Baa3 səviyyəsində təsdiq edilmişdir Agentlik ekspertlərinin fikrincə, bu yüksək reytinqlər Azərbaycanın ən böyük dövlət bankının güclü bazar mövqeyinə, onun rəqabət qabiliyyətinə və davamlı gəlirliliyinə əsaslanır Bankın kapital adekvatlığı və likvidliyi yüksək səviyyədədir və onun aktivlərinin əhəmiyyətli hissəsi yüksək keyfiyyətli maliyyə alətlərinə yatırılır. ABB Bank ölkənin bank sektorunda lider mövqeyini qoruyub saxlayır və onun maliyyə göstəriciləri hazırkı reytinq səviyyəsini dəstəkləyir Moody's həmçinin ABB Bank-ın Özbəkistanda fəaliyyət göstərən özəl bank Davr Bank-ın nəzarət paketini almaq niyyətini qeyd edib. Agentlik Davr Bankda iştirakın ABB Bank aktivlərinin təxminən 12%-nə bərabər olacağını qeyd edib Xatırladaq ki, ötən ilin iyul ayından saxlanılan Ba1 reytinqi Moody's-in ABB Banka verdiyi ən yüksək reytinqdir ABB Bankın müasir, faydalı və universal məhsul və xidmətləri haqqında məlumatı Bankın filial və ofislərindən, https://abb-bank.az/ rəsmi internet saytından, 937 nömrəli Məlumat Mərkəzindən, habelə Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar
Diğer Haberler

Media: ABŞ memorandum imzaladıqdan sonra İrana neft satmağa icazə verəcək

ABŞ-ın qüdrətli adları gizli cəmiyyətdə görüşüb, təfərrüatları açıqlanıb: “Nüvə silahını geri qaytarın”, “Start a Cult” mövzulu görüşlər, matchmaking xidmətləri... | T24
