Tenqri
Ana Səhifə
Dünya

Monteneqroda Aİ-Qərbi Balkan Sammiti ərəfəsində mədəni proqramlar təşkil olunub

Monteneqronun Tivat şəhərində Avropa İttifaqı (Aİ)-Qərbi Balkan ölkələri Sammiti ərəfəsində ziyarətçilər üçün bir sıra mədəni proqramlar təşkil olunub "Report"un Balkan bürosu xəbər verir ki, iyunun 2-dən 7-dək davam edən proqram çərçivəsində Tivat Muzeyi və Qalereyası ziyarətçilər üçün açıq olması

0 baxışreport.az
Monteneqroda Aİ-Qərbi Balkan Sammiti ərəfəsində mədəni proqramlar təşkil olunub
Paylaş:

Monteneqronun Tivat şəhərində Avropa İttifaqı (Aİ)-Qərbi Balkan ölkələri Sammiti ərəfəsində ziyarətçilər üçün bir sıra mədəni proqramlar təşkil olunub "Report"un Balkan bürosu xəbər verir ki, iyunun 2-dən 7-dək davam edən proqram çərçivəsində Tivat Muzeyi və Qalereyası ziyarətçilər üçün açıq olması nəzərdə tutulub Bununla yanaşı, iyunun 3-4-də şəhərin sahilyanı "Pine" meydanında Aİ stendlərinin sərgisi keçirilib İştirakçılar sərgidə nəqliyyat, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı sahələrində Avropa İttifaqının dəstək proqramları, o cümlədən IPARD layihələri barədə məlumat əldə ediblər. Həmçinin ətraf mühitin qorunması və davamlı inkişafın təşviqinə yönəlmiş "Qoru ki, səni qorusun" ekoloji kampaniyası təqdim olunub İyunun 4-də akkreditə olunmuş media nümayəndələri üçün Tivat şəhərinə bələdçi ilə ekskursiya təşkil olunub. Tur çərçivəsində iştirakçılar Böyük Şəhər Parkını, Tivat Muzeyi və Qalereyasını ziyarət ediblər, yerli təamların dadına baxıblar Günün axşam proqramı "Pine" meydanında musiqi və folklor çıxışları ilə davam edib. Tədbirdə "Belezza" və "Jadran" klapaları, Tivat Musiqi-Maarif Cəmiyyəti, "Boka" mədəniyyət-bədii cəmiyyəti və Tivat Musiqi Məktəbinin orkestri çıxış ediblər Qeyd edək ki, Avropa İttifaqı–Qərbi Balkanlar Sammiti iyunun 5-də Tivatda keçiriləcək. Sammit çərçivəsində region ölkələrinin liderləri və Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin iştirakı nəzərdə tutulur Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler