Monqolustanın Baş prokuroru: Memorandum iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar açır
Monqolustan və Azərbaycan ərazi baxımından bir-birindən uzaqda yerləşsə də, xalqlarımızın tarixi ənənələr, mədəniyyət və milli dəyərlər baxımından çoxlu ortaq cəhətləri var. 2024-cü ildə Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfra

Monqolustan və Azərbaycan ərazi baxımından bir-birindən uzaqda yerləşsə də, xalqlarımızın tarixi ənənələr, mədəniyyət və milli dəyərlər baxımından çoxlu ortaq cəhətləri var. 2024-cü ildə Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı iki ölkə prezidenti görüş keçirərək əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər ki, bu da Monqolustan ilə Azərbaycan arasında münasibətlərdə yeni səhifə açıb AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Monqolustanın Baş prokuroru Jarqalsayxan Banzraqç deyib O bildirib ki, səfər çərçivəsində Monqolustan və Azərbaycanın Baş Prokurorluqları arasında əməkdaşlıq üzrə qarşılıqlı anlaşma memorandumu imzalanıb ki, bu da iki ölkənin qurumları arasında qarşılıqlı fəaliyyəti keyfiyyətcə yeni səviyyəyə çıxarır “Bu sənəd dövlətlərimizin prokurorluqları arasında cinayətkarlıqla mübarizə, cinayətlər nəticəsində vurulmuş ziyanın aradan qaldırılması, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi üçün geniş imkanlar açır. Bundan əlavə, ölkələrimizin prokurorluqları cinayət yolu ilə əldə edilmiş aktivlərin aşkar olunması, izlənilməsi və müsadirəsi sahəsində informasiya mübadiləsi həyata keçirəcəklər. Bununla yanaşı, dövlətlərimizin hüquq sistemlərində ictimai maraqların müdafiəsinin bir çox cəhətdən oxşar mexanizmlərinin mövcudluğunu nəzərə alaraq, bu istiqamətdə təcrübə mübadiləsi və qanunvericiliyin təkmilləşdirilməsi üzrə əməkdaşlığın inkişafını səmərəli hesab edirik”, – deyə Monqolustanın Baş prokuroru qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

