Monqolustana səfər edən turistlərin sayı 40 faizədək artıb
Bu ilin birinci rübündə Monqolustana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz artaraq 143 min 431 nəfərə çatıb AZƏRTAC Monqolustanın Montsame informasiya agentliyinə istinadla xəbər verir ki, xüsusilə mart ayında ölkəyə 59 min 317 turist gəlib ki, bu da 2025-ci ilin mart a

Bu ilin birinci rübündə Monqolustana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz artaraq 143 min 431 nəfərə çatıb AZƏRTAC Monqolustanın Montsame informasiya agentliyinə istinadla xəbər verir ki, xüsusilə mart ayında ölkəyə 59 min 317 turist gəlib ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə 50 faiz artım deməkdir Monqolustan Turizm Təşkilatı bildirir ki, turist axınlarının davamlı artımı bu sahədəki maraqlı tərəflərin birgə səylərinin nəticəsidir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


