Moldova mətbuatı WUF13
Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Bakıda keçirilən Ümumdünya Şəhər Forumu (WUF13) haqqında məqalə dərc edib AZƏRTAC xəbər verir ki, məqalədə bu gün Azərbaycanın paytaxtında şəhərlərin inkişafına və urbanizmin gələcəyinə həsr olunmuş ən böyük beynəlxalq platformalardan biri olan Ümumdünya U

Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Bakıda keçirilən Ümumdünya Şəhər Forumu (WUF13) haqqında məqalə dərc edib AZƏRTAC xəbər verir ki, məqalədə bu gün Azərbaycanın paytaxtında şəhərlərin inkişafına və urbanizmin gələcəyinə həsr olunmuş ən böyük beynəlxalq platformalardan biri olan Ümumdünya Urban Forumunun (WUF13) 13-cü sessiyasının işə başladığı vurğulanır. Forum Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı UN-Habitat və Azərbaycan Hökuməti tərəfindən birgə keçirilir. Tədbir mayın 22-dək davam edəcək "Rəsmi məlumatlara görə, forumda iştirak etmək üçün müxtəlif ölkələrdən 42 mindən çox insan qeydiyyatdan keçib. Bir sıra dövlətlərin liderlərinin, nazirlərin, BMT nümayəndələrinin, beynəlxalq ekspertlərin, yerli hakimiyyət orqanlarının və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı gözlənilir. WUF13 çərçivəsində Azərbaycanın təşəbbüsü ilə Liderlər Zirvəsi də keçiriləcək. Forum çərçivəsində şəhərlərin inkişafı sahəsində beynəlxalq əməkdaşlıq gününə həsr olunmuş birinci toplantı da daxildir. Yeni Şəhər İnkişafı Gündəliyi çərçivəsində iştirakçılar əldə edilmiş nəticələri, mövcud problemləri və gələcək iş istiqamətlərini müzakirə edəcəklər”, - məqalədə qeyd olunur Ayrı bir tədbir Dünya Şəhər Forumu çərçivəsində ilk dəfə keçirilən Qlobal Su Operatorlarının Tərəfdaşlıq Alyansının Assambleyası olacaq. O, BMT-Habitat, Su Operatorları Tərəfdaşlıqlarının Qlobal Alyansı və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkilatçılığı ilə keçirilir


