MOK sədri Orçun Kamalıdan Ankarada mühüm təmaslar
MOK prezidenti Orçun Kamalı Ankaraya səfərləri çərçivəsində Türkiyə Gənclər və İdman Baş İdarəsinin (GSGM) direktor müavini cənab Fatih Uysal və Beynəlxalq Təşkilat və Xarici Əlaqələr Departamentindən Volkan Burak Mumcu ilə görüşüb Görüşlərdə idmanın inkişafı, beynəlxalq təşkilatlanma prosesləri v

MOK prezidenti Orçun Kamalı Ankaraya səfərləri çərçivəsində Türkiyə Gənclər və İdman Baş İdarəsinin (GSGM) direktor müavini cənab Fatih Uysal və Beynəlxalq Təşkilat və Xarici Əlaqələr Departamentindən Volkan Burak Mumcu ilə görüşüb Görüşlərdə idmanın inkişafı, beynəlxalq təşkilatlanma prosesləri və gələcək birgə layihələrlə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb. Tərəflər gələcəkdə həyata keçirilməsi planlaşdırılan işləri qiymətləndirib və əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər MOK prezidenti Orçun Kamalı təmasların son dərəcə məhsuldar olduğunu və idman ictimaiyyətinə töhfə verəcək layihələr üzərində işlərin davam etdiriləcəyini bildirib. Görüşlərdən sonra gələcək planlaşdırma ilə bağlı mühüm addımların atıldığı vurğulanıb

