Tenqri
Ana Səhifə
Dünya

Müctəba Xamenei atəşkəs elan edib

Prezident Donald Trampın atəşkəs razılaşmasını elan etməsindən təxminən iki saat sonra İranın ali dini lideri Müctəba Xamenei bütün hərbi birləşmələrə atəşi dayandırmağı əmr edib "Bu, müharibənin sonu deyil, lakin ordunun bütün qolları Ali Rəhbərin əmrinə tabe olmalı və atəşkəsi dayandırmalıdır"

0 baxışhaqqin.az
Müctəba Xamenei atəşkəs elan edib
Paylaş:

Prezident Donald Trampın atəşkəs razılaşmasını elan etməsindən təxminən iki saat sonra İranın ali dini lideri Müctəba Xamenei bütün hərbi birləşmələrə atəşi dayandırmağı əmr edib "Bu, müharibənin sonu deyil, lakin ordunun bütün qolları Ali Rəhbərin əmrinə tabe olmalı və atəşkəsi dayandırmalıdır", - bəyanatda deyilir Bu arada İran mediası yazır ki, silahlı qüvvələr “demək olar ki, avtonom şəkildə və yeraltı bazalardan” fəaliyyət göstərdiyinə görə, İİKK hücumları daha bir neçə saat davam edəcək. “Onlarla telefon və ya internet bağlantısı olmadığından” məlumat ötürmək onlara bir qədər vaxt aparır “Associated Press” xəbər verir ki, İran və Oman iki həftəlik atəşkəs planı çərçivəsində Hörmüz boğazından keçən gəmilərdən rüsum götürəcək: “Omanın planları bəlli olmadığı halda, İran bu vəsaiti yenidənqurma üçün istifadə edəcək” İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref eyni zamanda bəyan edib ki, İran "ABŞ və İsraillə gələcək qarşıdurmanın istənilən ssenarisinə hazırdır": "Hökumət bütün hallar üçün lazımi tədbirləri ətraflı şəkildə işləyib hazırlayıb. Biz hər cür təhdidlərə hazırıq" İsrail nəşrləri İsrailin "İran və Livanda atəşi rəsmi olaraq dayandırdığını" yazır

Kaynak: haqqin.az

Diğer Haberler

Моджтаба Хаменеи объявил о прекращении огня | Tenqri