Tenqri
Ana Səhifə
Dünya

Modi çıxış yolu tapdı: metroya min, xaricə səyahət etmə, qızıl al

ABŞ və İsrail arasında İranla müharibənin səbəb olduğu dünya bazarında neftin qiymətinin artması fonunda Hindistanın baş naziri Narendra Modi ölkə sakinlərini yanacaq sərfiyyatını azaltmağa və lazımsız səyahətlərdən çəkinməyə çağırıb "Dostlar, benzin və dizel yanacağının istifadəsini azaltmalıyıq

0 baxışhaqqin.az
Modi çıxış yolu tapdı: metroya min, xaricə səyahət etmə, qızıl al
Paylaş:

ABŞ və İsrail arasında İranla müharibənin səbəb olduğu dünya bazarında neftin qiymətinin artması fonunda Hindistanın baş naziri Narendra Modi ölkə sakinlərini yanacaq sərfiyyatını azaltmağa və lazımsız səyahətlərdən çəkinməyə çağırıb "Dostlar, benzin və dizel yanacağının istifadəsini azaltmalıyıq. Metronun olduğu şəhərlərdə biz qərar verməliyik ki, yalnız metrodan istifadə edək. Ən çox metro ilə səyahət edəcəm", - Modi deyib Aaj Tak TV xəbər verir ki, Hyderabadda mitinqdə çıxış edərkən Modi "xarici valyutaya qənaətə ciddi diqqət yetirməyə" ehtiyac olduğunu və uzaqdan işin COVID-19 pandemiyası zamanı olduğu kimi ölkəyə yanacaq istehlakını azaltmağa kömək edəcəyini söylədi. Bundan əlavə, baş nazir əhalini ən azı bir il xaricə lüzumsuz səfərlərdən çəkinməyə və toy adət-ənənələrinə görə ölkəyə idxalına xeyli vəsait xərclədiyi qızıl almamağa çağırıb. O, həmçinin ailələri bitki yağı istehlakını azaltmağa, fermerləri isə gübrələrdən istifadəni iki dəfə azaltmağa çağırıb Hindistan dünyanın üçüncü ən böyük neft idxalçısı və istehlakçısıdır. Mayın əvvəlində ölkə hakimiyyəti dünya qiymətlərinin artmasına baxmayaraq, hələlik benzin və dizelin qiymətini artırmağı planlaşdırmadıqlarını açıqlamışdı Hindistan mətbuatının məlumatına görə, səlahiyyətlilər enerji idxalı xərclərinin mümkün kəskin artımından narahatdırlar. Hindistan dünyanın ən böyük neft idxalçılarından biri olaraq qalır, ona görə də dünya bazarında qiymətlərin istənilən dəyişməsi birbaşa ölkə iqtisadiyyatına təsir göstərir. Hindistan hökuməti neftin qiymətinin daha da artmasının dövlət büdcəsinə əlavə yük gətirəcəyindən, milli valyutaya təzyiqi artıracağından və valyuta ehtiyatları ilə bağlı vəziyyəti çətinləşdirəcəyindən ehtiyat edir Hindistan dünyanın ən çox məskunlaşdığı ölkədir. Əhalinin 1,45-1,47 milyard nəfər olduğu təxmin edilir ki, bu da ümumi dünya əhalisinin beşdə birindən azdır (8,1-8,2 milyard nəfər)

Kaynak: haqqin.az

Diğer Haberler