Səhiyyə Nazirliyinin Şuşadakı səyyar klinikası - ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tədbir
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Böyük qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülmüş vətəndaşların sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətin əlçatanlığının artırılması məqsədilə yerlərdə tibbi müayinələrin keçirilməsini davam

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Böyük qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülmüş vətəndaşların sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətin əlçatanlığının artırılması məqsədilə yerlərdə tibbi müayinələrin keçirilməsini davam etdirir Bu proqram çərçivəsində Şuşa şəhərində növbəti aksiya təşkil olunub. Kampaniya zamanı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ixtisaslaşmış həkim briqadası yerli sakinlərə hərtərəfli tibbi xidmət göstərib. Müayinələr xüsusi avadanlıqla təchiz edilmiş yerindəcə klinikada aparılıb və modul mobil laboratoriya sayəsində yerində müxtəlif diaqnostik prosedurlar həyata keçirilib Tədbir zamanı pulmonoloqlar, ftiziatrlar, allerqoloqlar, kardioloqlar, rentgen diaqnostikası və laboratoriya tədqiqatları üzrə mütəxəssislər tərəfindən fluoroqrafiya, rentgen, elektrokardioqrafiya (EKQ), exokardioqrafiya, ümumi ultrasəs, spirometriya, Mantu testi və arterial qan qazının analizi kimi müayinələr aparılıb. Səhhətində problem aşkarlanmış şəxslərə dərhal tibbi məsləhətlər verilmiş, zərurət yarandıqda müalicə təyin edilmiş, ixtisaslaşmış mütəxəssislərə göndərişlər edilmişdir Tədbir zamanı ümumilikdə 180-ə yaxın Şuşi sakini tibbi müayinədən keçirilib. İştirakçılara həmçinin ağciyər xəstəliklərinin risk faktorları, ilkin simptomlar və profilaktik tədbirlər haqqında maarifləndirici məlumatlar verilib Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən bildirilib ki, bu kimi yerlərdə tibbi müayinə və maarifləndirici tədbirlərin işğaldan azad edilmiş digər ərazilərdə də davam etdirilməsi planlaşdırılır. Bu tədbirlər əhalinin sağlamlığının qorunmasına və regionlarda tibbi xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə yönəlib


