Tenqri
Ana Səhifə
Dünya

Mənzillərin qiyməti sürətlə artır

"Son illər əhalinin gəlirləri təxminən 45 faiz artsa da, mənzil qiymətləri 47 faizə qədər yüksəlib. Xüsusilə, Bakı şəhərinin mərkəzində tikinti üçün yararlı torpaq sahələrinin çatışmazlığı qiymət artımını daha da sürətləndirir. İnflyasiya, enerji, kommunal və işçi qüvvəsi xərclərinin artması da tiki

0 baxış525.az
Mənzillərin qiyməti sürətlə artır
Paylaş:

"Son illər əhalinin gəlirləri təxminən 45 faiz artsa da, mənzil qiymətləri 47 faizə qədər yüksəlib. Xüsusilə, Bakı şəhərinin mərkəzində tikinti üçün yararlı torpaq sahələrinin çatışmazlığı qiymət artımını daha da sürətləndirir. İnflyasiya, enerji, kommunal və işçi qüvvəsi xərclərinin artması da tikinti şirkətlərinin xərclərini yüksəldir və bu, birbaşa mənzil qiymətlərinə təsir göstərir" Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspertin sözlərinə görə, son illərdə mənzil bazarında müşahidə olunan qiymət artımı struktur və uzunmüddətli amillərlə bağlıdır. Bu tendensiyanın qısa müddətdə kəskin şəkildə dəyişməsi gözlənilmir: "Əhalinin gəlirlərində artım olsa da, bu artım daşınmaz əmlak bazarındakı qiymət yüksəlişini tam kompensasiya etmir. Bu isə mənzil əlçatanlığının nisbətən zəiflədiyini göstərir. Gəlirlərin artması nominal göstəricidir, amma əsas məsələ real alıcılıq qabiliyyətidir. Əgər gəlirlər artsa da, mənzil qiymətləri daha sürətlə yüksəlirsə, bu zaman vətəndaşın mənzil alma gücü faktiki olaraq zəifləyir" Ekspertlər hesab edir ki, mənzil bahalaşmasına əsas təsiredici faktorlardan biri bina inşası üçün lazım olan torpaqların məhdud olmasıdır. Torpağın bahalaşması, tikinti üçün yararlı torpaq sahəsinin Bakının mərkəzində getdikcə azalması, şəhərsalma qaydalarına ciddi nəzarət edilməsi qiyməti artırıb və artıracaq: "Tikinti üçün torpaq məhduddur, xüsusilə Bakı-Abşeron ərazisində torpaq qiymətləri sürətlə artır. Tikinti üçün yeni sahələr tapmaq üçün mövcud obyektlər sökülməlidir ki, bu da əlavə xərclər yaradır. Xüsusilə Bakı şəhərinin mərkəzində tikinti üçün yararlı torpaq sahələrinin azalması qiymətlərin artımını sürətləndirir. Bu, təklifin məhdudlaşmasına səbəb olur. Son illərdə ipoteka imkanlarının genişlənməsi ilə daha çox insan ev almaq imkanı əldə edir. Bu da tələbin artmasına və nəticə olaraq qiymətlərin yüksəlməsinə səbəb olur. Qlobal və lokal inflyasiya, tikinti materiallarının bahalaşması, enerji və kommunal xərclərin yüksəlməsi, həmçinin işçi qüvvəsinə ödənilən əməkhaqlarının artması tikinti şirkətlərinin xərclərini ciddi şəkildə artırır. Təbii ki, bu da avtomatik olaraq qiymətlərə təsir edir. Əvvəllər tikintilərdə şəhərsalma standartlarına ciddi əməl olunmurdu, binalar arasında məsafə gözlənilmirdi. İndi isə bu sahədə nəzarət güclənib və qaydalara riayət olunur. Bu da tikinti şirkətləri üçün əlavə xərc deməkdir. Nəticə etibarilə şəhərləşmə prosesi, əhalinin paytaxta axını və daşınmaz əmlakın investisiya vasitəsi kimi cəlbedici qalması qiymətləri yuxarı səviyyədə saxlayır"

Kaynak: 525.az

Diğer Haberler