Belqradda minlərlə insan mitinq keçirdi - video
On minlərlə insan Belqradda hökumət əleyhinə mitinq üçün küçələrə çıxıb. Onlar hökumətin istefası ilə yanaşı, 2024-cü ilin noyabrında dəmiryol vağzalının damının uçduğu Novi Sad şəhərində baş vermiş faciəyə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunmasını tələb edirlər. Faciə nəticəsində uşa

On minlərlə insan Belqradda hökumət əleyhinə mitinq üçün küçələrə çıxıb. Onlar hökumətin istefası ilə yanaşı, 2024-cü ilin noyabrında dəmiryol vağzalının damının uçduğu Novi Sad şəhərində baş vermiş faciəyə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunmasını tələb edirlər. Faciə nəticəsində uşaqlar da daxil olmaqla 16 nəfər həlak olub. O vaxtdan bəri ölkədə mütəmadi olaraq nümayişlər keçirilir ki, onların da əsas hərəkətverici qüvvəsi tələbələrdir İctimai Yığıncaqlar Arxivi ictimai təşkilatının məlumatına görə, Belqradın Slaviya meydanında bu gün keçirilən etiraz aksiyasında 100 mindən çox insan iştirak edib və bu, son ayların ən böyük etirazlarından birinə çevrilib. Öz növbəsində polis 34 min etirazçı haqqında məlumat verib. Bundan əvvəl fəallar xəbərdarlıq etmişdilər ki, hakimiyyət iştirakçıların faktiki sayını azalda bilər Hadisə şahidlərinin sözlərinə görə, aksiya əhəmiyyətli insidentlər olmadan baş tutub pic.twitter.com/Reg8R5c4cl

